Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,64 Mb.
səhifə79/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   75   76   77   78   79   80   81   82   ...   98
QƏZƏB HAQQINDA FƏSIL

221


Qoy o qəzəbdən imtina etsin, qoy o, təkəbbüründən əl çəksin, qoy o bütün bağlılıqlarına qalib gəlsin. Ad və formaya bağlı olmayana heç bir bəd­bədx­tlik üz vermir.

222


Oyanmış qəzəbini yoldan çıxmış arabanı saxlayan kimi saxlayanı mən arabaçı adlandırıram; qalanlar isə - sadəcə yüyən tuturlar.

223


Qoy o qəzəbə qəzəbin yoxluğu ilə, xeyirli olmayana xeyirli olanla qalib gəlsin, qoy o simicliyi səxavətlə, yalanı həqiqətlə üstələsin.

224


Həqiqəti söylə, qəzəbə uyma; səndən istəyirlərsə, – az bir şey olsa be­lə, – ver. Bu üç şərtlərin köməyi ilə tanrılara yaxınlaşmaq olar.

225


Heç kimi incitməyən, həmişə ölümlü bədənə malik olan müdriklər də­yiş­məz yerə gedirlər vəora gələndə onlar əzab çəkmirlər.

226


Daima oyaq olan, gecə və gündüz öyrənən və Nirvanaya can atanın ar­zuları tədricən yox olur.

227


Ey Atula1, bu birköhnə məsəldir və təkcə bizim zaman üçün deyilmə­yib: “Onlar sakit oturanı qınayarlar, çoxdanışanı da, qədərində danışanı da qı­nayarlar onlar”. Dünyada elə bir şey yoxdur ki, onlar onu qınamasınlar.

228


Yalnız qınanmağa yaxud yalnız təriflənməyə layiq insan olmayıb, yox­dur, heç zaman da olmayacaq.

229


O kəs ki, davranışında qüsursuzdur, müdrikdir, bilik və məziyyətlərlə doludur, beləsini günbəgün müşahidə etdikcə, müdriklər tərifləyərlər.

230


Cambu çayının qızılından hazırlanmış sikkə kimi olanı kim qınaya bi­lər? Onu hətta tanrılar belə tərifləyərlər: Brahmanın özü onu tərifləmişdir.

231


Bədənin günahlarından çəkin, bədənlə bağlı hər şeydə pəhrizkar ol, bə­dənin günahlarından qurtulduqdan sonra bədənin günahsızlığını qoru.

232


Sözün günahlarından çəkin, sözlə bağlı hər şeydə pəhrizkar ol, sözün günahlarından qurtulduqdan sonra sözün günahsızlığını qoru.

233


Ağlın günahlarından çəkin, ağılla bağlı hər şeydə pəhrizkar ol, ağlın günahlarından qurtulduqdan sonra ağlın günahsızlığını qoru.
234

Müdriklər bədəndə pəhrizkardırlar; onlar həmçinin sözdə də pəhriz­kar­dır­lar; müdriklər ağılda pəhrizkardırlar; onlar, həqiqətən, hər şeydə pəh­riz­kardırlar.





  1. Yüklə 1,64 Mb.

    Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin