Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,64 Mb.
səhifə84/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   80   81   82   83   84   85   86   87   ...   98
CƏHƏNNƏM BARƏDƏ FƏSIL

306


Yalan danışan və həmçinin eləyəndən sonra “Mən eləmədim”, – de­yən kəs cəhənnəmə düşür. Axı, o da, digəri də ölümdən sonra bərabərdirlər; alçaq əməllər sahibləri o dünyada bərabərdirlər.

307


Boyunları sarıya bürünənlərin bir çoxları dhammaya pis riayət edirlər və həddlərini qoruyan deyillər. Alçaqlar öz alçaq əməlləri ucundan cəhən­nəm­də doğulurlar.

308


Alov kimi qızğın dəmir kürəni udmaq daha yaxşıdır kafir və həddi aşana, nəinki ölkənin zəkatından istifadə etmək.

309


Başqasının arvadını istəyən qafil insan dörd şeyə sahib olacaq: şərəf­siz­lik, yuxusuzluq, üçüncüsü, cəza, dördüncüsü, cəhənnəm.

310


Şərəfsizlik və pis yol; qorxmuşun (kişinin) qorxmuşla (qadınla) qısa ləzzəti və padşahın ağır cəzası. Odur ki, qoy insan başqasının arvadına yol axtarmasın.

311


Ehtiyatsız tutulduqda kus otu əli kəsdiyi kimi, düzgün sürülmədikdə zahid həyatı da cəhənnəmə aparır.

312


Qafil görülmüş əməl, yerinə yetirilməyən əhd, tərəddüdlü mərifət – bütün bunlar böyük mükafat gətirmir.

313


Nəsə görülməlidirsə, - onu qətiyyətlə gör. Zira qafil yolçu daha çox toz1 qaldırır.

314


Pis görülmüş əməldən görülməmiş əməl yaxşıdır; zira pis əməl yada düşdükcə əzab verir. Xeyirli əməl yaxşı görülmüş əməldir, zira onu gördükdən sonra peşman olmursan.

315


Daxildən və xaricdən qorunan sərhəd şəhəri kimi qoru özünü. Vaxt itirmə, zira vaxtı itirmişlər cəhənnəmdə kədərə düşürlər.

316


Yanlış baxışlara riayət edənlər, utanması gərəkməyən şeylərdən uta­nanlar və utanılası şeylərdən utanmayanlar pis yola düşürlər.

317


Yanlış baxışlara riayət edənlər, qorxmaq lazım gəlməyəndə, təhlükə görənlər və qorxmaq lazım gələndə, təhlükəni görməyənlər pis yola düşüşürlər.

318


Yanlış baxışlara riayət edənlər, qadağanın olmadığı yerdə qadağa gö­rənlər və qadağanın olduğu yerdə qadağanı görməyənlər pis yola düşürlər.

319


Doğru baxışlara riayət edənlər, qadağa olunmuşu qadağa olunmuş, qadağa olunmamışı qadağa olunmamış kimi bilənlər doğru yola düşürlər.



  1. Yüklə 1,64 Mb.

    Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin