Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


Prof. Səlahəddin Xəlilov (baş redaktor)



Yüklə 1,37 Mb.
səhifə2/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   2   3   4   5   6   7   8   9   ...   100
Prof. Səlahəddin Xəlilov (baş redaktor).




ISSN 1810-9047


AFSEA-nın və Redaksiyanın ünvanı:

Bakı AZ1014, Bülbül prospekti, 33

Tel.: (994-12) 498-17-45; Faks: (994-12) 598-13-01

E-mail: jurnal@felsefedunyasi.org


©AFSEA, 2010

©Azərbaycan Universiteti, 2010


MÜNDƏRİCAT

REDAKSİYA ŞURASINDAN
Ramiz Mehdiyev–

Təfsirçinin təfsiri 203

İ Ç İ N D E K İ L E r 210

Təfsirçinin təfsiri 203




Redaksiya Şurasından


Ön söz əvəzi:

Fəlsəfə, elm və siyasət

Azərbaycanda inkişafın, siyasi sabitliyin indiki mərhələsində elmi ic­ti­maiy­yəti düşündürən məsələlərin müzakirəsinə böyük ehtiyac var. Mövcud vəziyyət bu müzakirələrin səmərəli olmasına imkan verir, konkret nəticələr əldə ediləcəyinə inam yaradır.

Belə məsələlərdən biri də fəlsəfə, elm və siyasətin qarşılıqlı əlaqəsi mə­­sələsidir. Əgər elm dünyanın, obyektiv gerçəkliyin dərk olunmasına, fəl­səfə bizim idealları­mızın formalaşmasına xidmət edirsə, siyasət gerçəkliyi ide­allarımız və maraqlarımız əsasında yenidən qurmağa, ictimai münasibət­lə­rin daxili poten­si­alını müvafiq məcraya yönəltməyə xidmət edir və bu is­ti­qa­mətdə real fəa­liy­yət göstərilməsini nəzərdə tutur. Bu mənada siyasət sa­də­cə hakimiyyət uğrunda mübarizə olmayıb, həm də bu hakimiyyətdən sosial idea­l­la­rı­n realizasiyası üçün istifadə edilməsi, ictimai iradənin təza­hü­rü­dür. Hakimiyyət isə, heç də F.Nitsşenin təqdim etdiyi kimi, sadəcə özü­nü­təs­diq ol­mayıb,1 həm də M.Fukonun baxışlarına uyğun olaraq mürəkkəb stra­teji si­tu­asiyada sosial subyektlərin fəaliyyətini tənzim edən güc sahə­si­dir.2 İ.Pri­qo­jin də belə hesab edir ki, siyasi nizam ancaq qanun və sərən­cam­lar­la əldə edil­mir; ilk növbədə ictimai sistemlərin daxili özünütənzimləmə ten­densiya­la­rı nəzərə alınmalı­dır.3 Bunun üçün isə öncə elmi tədqiqata eh­ti­yac yaranır.

Ölkədə elmin inkişaf etdirilməsi üçün bütün dövlət miqyasında hə­yata keçirilən vahid elm siyasəti olmalıdır. Təsadüfi deyil ki, Prezident İl­ham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri də elmin və təh­­silin milli inkişaf konsepsiyasının hazırlaması ilə yanaşı, onların reali­za­si­­ya­sı üçün konkret tədbirlər həyata keçirilməsindən ibarətdir. Bu, ölkənin in­­ki­şafı üçün son dərəcə mühüm məsələdir və onun intellektual poten­si­a­lı­nın sə­fər­bər olunmasını tələb edir. Ən əsası odur ki, ölkəmizdə elmin inkişaf etdiril­mə­si üçün qətiyyətli mövqe, siyasi iradə vardır. Bu iradənin fəaliyyət pro­qra­­mına və siyasi kursa çevrilməsi istiqamətində fəaliyyət artıq başlan­mışdır. Belə bir siyasi kursun hazırlanması və gerçəkləşdirilməsi işində fi­lo­sof­ların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, bunun üçün ön­­cə elmin fəlsəfəsi və sosiologiyası ilə bağlı olan bir sıra fundamental mə­­sə­lə­lə­rə ay­dın­lıq gə­tirilməlidir. Güman edirik ki, ölkə­miz­də elmşünasl­ı­ğın müs­­tə­qil bir fənn kimi formalaşmasına, bir tərəfdən, elm və təhsilin, digər tə­­rəf­dən də, elm və ictimai həyatın daha optimal şəkildə əlaqələndirilməsi işin­­də elm­şü­nas­lığın nailiyyətlərinə və qabaqcıl ölkələrin praktikasına is­ti­nad edil­mə­si çox vacibdir.

İstənilən nəzəri elm sahəsi ilk növbədə öz tətbiqi ilə dəyər kəsb edir. Uzun müddət fəlsəfəni praktikadan uzaq, ifrat mücərrəd və metaelmi bir sa­hə kimi başa düşənlər ictimai hadisələrin gedişinə daha böyük tarixi za­man intervalında baxsalar, fəlsəfi təlimlərin də gec-tez praktik nəticələrə gətir­di­yinə əmin ola bilərlər. Həm də bu nəticələr bütövlükdə dövrün ab-havasını müəyyən edir, tarixin gedişatına, strateji inkişaf istiqamətlərinə tə­sir gös­tə­rir. Məlum ol­du­ğu­na görə, tarixən fəlsəfi fikir ümumiyyətlə insan dü­şün­cə­si­nin, nəzəri id­ra­kın sinkretik ifadəsi olmuşdur. Bütün elmlər za­man-zaman fəl­səfədən ay­rıl­mış­dır. Dəqiq elmlərin, təbiətşünaslığın müstəqil tədqiqat sa­hə­si kimi for­ma­laşması, sosial müstəvidə institutlaşması və icti­mai tə­rəq­qi­nin struk­tu­run­da müstəqil yer tutması əslində Qərb sivili­za­si­ya­sı­nın for­ma­laş­masına gə­ti­rib çıxarmışdır. Bütün müasir elmi-texniki nailiy­yət­lə­rin, in­no­­vasiyaların, nou-xauların təməlində məhz bu böyük ayrılma, bəlkə də da­ha dəqiq demiş olsaq, doğuluş prosesi dayanır. Qərb dünyasında bu do­ğu­lu­şun tarixi XVII-XVIII əsrlər göstərilir. Məhz həmin dövrdə – Avropada elm di­nin təsirindən azad olmaqla yanaşı, fəlsəfədən də ayrılmışdır. Orta əsr­lərdən başlayaraq ila­hiyyatın təsiri altına düşmüş fəlsəfənin özü də bun­dan sonra dinə nəzərən müs­təqillik əldə etmiş, daha çox dünyəviləşmişdir. Son­rakı mərhələdə din­şü­naslığın da nisbi müstəqil elm sahəsi kimi ayrılması fəl­səfəni xeyli yün­gül­ləşdirmiş və o öz inkişafının daha azad bir mər­hə­lə­si­nə qədəm qoy­muş­dur.

Öz predmetini xeyli konkretləşdirən və artıq yükdən azad olan fəlsəfə artıq elmlə paralel inkişaf etməyə başlamışdır.

Lakin XIX-XX əsrlərdə fəlsəfədən ikinci böyük ayrılmalar başlandı. Pe­daqoji elmlər, hüquq elmləri, psixologiya, sosiologiya, politologiya – ha­mısı əvvəlcə fəlsəfənin bətnində yetişmiş və məhz kifayət qədər ye­tiş­dik­dən, metodoloji təmələ malik olduqdan sonra müstəqil surətdə inkişaf edə­rək ictimai həyatın və dövlət-hüquq sisteminin nəzəri-konseptual və tətbiqi-el­mi bazası kimi formalaşmışdır.

XX əsrdən etibarən artıq yeni diferensiallaşma prosesləri gedir. Nə vaxt­sa fəlsəfədən ayrılmış elmlər artıq o qədər uzaqlaşmışlar ki, onların me­to­doloji bazasını təmin etmək üçün yeni ayrılmalar baş verir. Məsələn, fəl­sə­fə ilə pedaqogikanın qovşağında etika fənni, fəlsəfə ilə sənətşünaslığın qov­şağında estetika fənni artıq kifayət dərəcədə nisbi müstəqillik əldə et­miş­dir. Fəlsəfə ilə təbiət elmləri arasında mövqe tutan elmin metodologiyası, el­min sosiologiyası və nəhayət, elmşünaslıq da xeyli dərəcədə müstəqil təd­qi­qat sahələrinə çevrilmişdir.

Dəqiq elmlərin özlərinin hədsiz dərəcədə diferensiallaşması və fəl­sə­fə­dən uzaqlaşması ilə yanaşı, həm də onların yenidən öz ilkin təməlinə qa­yı­dı­şı istiqamətində inteqrativ proseslər gedir. Yəni yeni əlaqələndirici və sin­kre­tik elm sahələri, yeni universal metodologiyalar yaranır. Başqa sözlə de­sək, elmin metodologiyası da fəlsəfədən ayrılaraq müstəqillik qazanmağa ça­lışır. Bir zamanlar kibernetikanın oynadığı rola müvafiq olaraq, ümumi sis­tem nəzəriyyəsi və sinergetikanın inkişafı sayəsində fəlsəfə ilə xüsusi elmlər arasında sanki yeni körpülər salınır. İndi ekologiya, davamlı inkişaf nə­zəriyyəsi və s. bu kimi sahələr də özlərinin əlaqələndirici mövqeyinə görə fən­lərarası elm statusu kəsb edirlər.

Bu ayrılma hadisələrindən sonra “fəlsəfə öz missiyasını artıq bi­tir­mişdir”, indi daha metafizik düşüncələrə vaxt ayrılmasına ehtiyac yoxdur, – de­yənlərin sayı artmışdı. XX əsrdə fəlsəfəyə münasibət doğrudan da də­yiş­miş, bəzi ölkələrdə fəlsəfənin konkret əməli-tətbiqi elmlər olan ictimai-si­yasi fənlərlə əvəz edilməsi tendensiyası üstünlük təşkil etmişdir.

Lakin təcrübə göstərir ki, bütün bu ayrılmalara baxmayaraq, fəlsəfənin po­tensialı nəinki tükənməmiş, hətta o, yeni funksiyalar kəsb etməklə, daha da aktuallaşmışdır. Diferensiallaşma artdıqca, ayrı-ayrı elmlərin tədqiqat sa­hə­ləri konkretləşərək məhdudlaşdıqca, bu sahələrin əlaqələndirilməsinə eh­ti­yac da artmış, əks proses olan inteqrativ tendensiyalar üçün də zərurət ya­ran­mışdır. İctimai həyatın müxtəlif rakurslarının vahid dünyagörüşü möv­qe­yin­dən nəzərdən keçirilməsinə, dəyərləndirilməsinə və yönəldilməsinə olan eh­tiyac ancaq fəlsəfi tədqiqatlar sayəsində ödənilə bilər. Avropa və ümu­miy­yətlə Qərb dünyası ara-sıra fəlsəfəyə və mənəvi amillərə göstərilmiş eti­na­sızlığın acısını indi-indi duyur. Son dövrlərdə Qərbin mənəvi böhranı, Av­ropanın süqutu mövzularında tədqiqatlar xeyli artmışdır. Orada indi mə­nə­viyyatın prioritetliyinə qayıdış istiqamətində geniş miqyaslı tədbirlər hə­ya­ta keçirilir. Bizdə isə Avropanın təcrübəsini nəzərə almaq, ibrət götürmək əvə­zinə, bu səhvləri təkrar etmək cəhdləri müşahidə olunur.

Ölkəmizdə demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu, elmin təşkili və idarə olunması, habelə elmi-fəlsəfi yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Qərbin təcrübəsi göstərir ki, maarifçilik fə­aliyyəti və fəlsəfi biliklərin yayılması məsələləri təkcə dövlətin deyil, cəmiyyətin də vəzifələri sırasına daxildir. Müxtəlif yaradıcılıq birliklərinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində fəlsəfəyə maraq öncül yerlərdən bi­rini tutmalıdır. Təəssüf ki, bizim ölkədə Yazıçılar Birliyi, Bəstəkarlar İt­ti­faqı, Rəssamlar İttifaqı, Aşıqlar Birliyi və s. bu kimi təşkilatlar geniş miq­yas­lı fəaliyyət imkanlarına və ənənələrinə malik olduqları halda, fəlsəfə sa­hə­sində hələ də buna bənzər qurumlar yoxdur. Düzdür, bu sahədə də bir sıra qey­­ri-hökumət təşkilatları yaradılmışdır. Lakin təəssüf ki, bu təşkilatlara ki­fa­yət dərəcədə ictimai dəstək verilmir. Fəlsəfə klassiklərinin dilimizə tər­cü­mə­si, fəlsəfi biliklərin ya­yılması, mətbuatda və televiziyada təbliği ilə bağlı layihələr çox azdır və nə­zərə alsaq ki, beynəlxalq fondlar bu cür layihələri hə­vəslə ma­liy­yə­ləş­dir­mir, onda alternativ maliyyə dəstəkləri axtarılmalıdır. La­kin təəssüf ki, qey­ri-hökumət təşkilatlarına dəstək məqsədi ilə yaradılmış xüsusi dövlət qu­ru­mu­nun imkanlarından da milli fəlsəfi fikirlə bağlı fəa­liy­yə­tin güc­lən­di­ril­mə­si işində, demək olar ki, istifadə olunmur. Bunun səbəbi heç də dövlətin fəl­sə­fi ictimaiyyətə və ictimai-siyasi elm nümayəndələrinə eti­nasızlığı ilə bağlı de­yil. Əsas səbəblərdən biri bu sahədə çalışan alimlərin öz iş yerlərindən və vəzifə borclarından fərqli olan ictimai fəaliyyət ənə­nə­lə­ri­ni kifayət qədər mənimsəyə bilməmələri, qüvvələrin bu istiqamətdə səfər­bər olunmamasıdır. Digər tərəfdən, Nizamnaməsinə görə eyni mərama xid­mət edən həddindən artıq çoxlu təşkilat yarandıqda, kimə dövlət dəstəyi ver­mək məsələsi də çə­tin­ləşir. Məsələn, Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Təd­qiqatlar İnstitutu, o vaxt institut belə adlanırdı, 2002-ci il­dən fəaliyyət gös­tərən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Asso­si­a­siyasının işinə dəs­­tək vermək əvəzinə, alternativ qurumlar yaratmaqla qüv­və­ləri xeyli də­rə­cə­­də parçalamış oldu. İnstitutda görülməli olan işlər ictimai təş­kilatın fəaliy­yə­ti ilə qarışdırıldı. Bir dənə sanballı jurnal buraxmaq əvə­zi­nə, institutda pa­ra­lel surətdə 4-5 jurnal buraxılırdı ki, onların da əsas və­zifəsi dis­sertantların elmi ekspertizadan keçməyən məqalələrini öz pulları ilə çap etməkdən ibarət idi. Halbuki, bizcə, institutun Elmi Xəbərlərinin cid­di elmi me­yarlar əsasında çap olunması çoxlu sayda keyfiyyətsiz jurnalların bura­xıl­­masından daha məq­sədəuygundur. Bu deyilənlər Bakı Dövlət Uni­ver­­sitetinin Fəl­səfə fakültəsinə də aiddir. Onun vəzifəsi sadəcə tədrislə məh­dud­laşmır; fakültə ölkəmizdə fəlsəfi və ictimai fikrin təbliğində də fəal iş­ti­rak etməlidir.

Son illərdə Azərbaycan ali məktəblərinin tədris planlarında fəlsəfəyə və ictimai-siyasi fənlərə ayrılan saatların azaldılması, bu fənlərin bir çoxu­nun ixtisar edilməsi, orta məktəblərdə “İnsan və cəmiyyət” fənninin tədrisi üçün hələ də müəllim kadrlarının hazırlanmaması, kütləvi informasiya va­si­tə­lərində fəlsəfi fikir tariximizə və ümumiyyətlə mənəvi təkamülə, dünyagö­rü­şünün genişlənməsinə xidmət edən verilişlərə çox az yer ayrılması, ha­be­lə, mədəniyyətşünaslıq və maarifçilik yönlü verilişlərin azlığı, mədəni-mə­nə­vi dəyərlərin yetərincə təbliğ olunmaması – bütün bunlar bizi narahat edir.

Gənc nəslin siyasi təfəkkür mədəniyyətinin formalaşması həm də tarixi həqiqətlərinin üzə çıxarılması ilə sıx surətə bağlıdır. Azərbaycanın ictimai-siyasi fikir tarixində və siyasi həyatında ən mühüm dövrlərdən biri ötən əsrin 20-ci illəridir. Həmin dövrdə yaranmış mürəkkəb şəraitin, ideoloji və geosiyasi mənzərənin və ideya mübarizəsinin işıqlandırılması böyük əhəmiyyətə malikdir.

Jurnalımızın bu sayında böyük mütəfəkkir, ictimai-siyasi xadim və döv­lət xadimi Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr olunmuş məqalələr işıq üzü görür. Fəlsəfi fikir ya elm vasitəsilə, ya əxlaqi-mənəvi dünyagörüşü, ya da ictimai şüura və sosial-siyasi fəaliyyətə yön ver­mək­lə son nəticədə insanların cari həyatına öz təsirini göstərmiş olur. Elə şəx­siyyətlər də vardır ki, ideyadan başlayaraq onun ictimai həyatda ger­çək­ləş­məsinə qədər bütün mərhələlərdə fəal iştirak edir, dünyanı kənardan seyr et­məklə qalmayaraq dünyaya fəal münasibətin parlaq nümunəsini göstə­rir­lər. N. Nərimanovun həm bir maarifçi, həm özünəməxsus əqidə sahibi, həm də öz əqidəsini ictimai-siyasi həyatda gerçəkləşdirən bir şəxsiyyət kimi milli fəl­səfi fikir prizmasından tədqiq olunmasına böyük ehtiyac var. İndiyədək Nərimanovun ya bir yazıçı və maarifçi kimi, ya da dövlət xadimi kimi fəa­liy­yəti az-çox dərəcədə öyrənilmiş olsa da, onun məfkurəsinin özünəməxsus cə­hətləri araşdırılmamış və ona kor-koranə surətdə bir bolşevik kimi ya­na­şıl­dığına görə onun şəxsiyyəti və ictimai-siyasi statusu arasındakı ziddiyy­ət­lər öz düzgün izahını tapa bilməmişdi. Bu baxımdan da jurnalımızda bu möv­zunun tədqiqinə start verilmiş, milli-fəlsəfi və ideya-siyasi fikrin tari­xi­nə dair yeni araşdırmaların təməli qoyulmuşdur.

Son vaxtlar azərbaycanlı sosial fəlsəfə və sosiologiya tədqiqatçılarının beynəlxalq elmi forumlarda iştirakı müntəzəm xarakter almışdır. Sosiolo­gi­ya doktoru Ə.Süleymanovun Göteborqda (İsveç) keçirilən XVII Ümum­dün­ya Sosiologiya Konqresində, prof. S.Xəlilov və f.e.d. K.Bünyadzadənin Ber­gen­də (Norveç) 60-cı Beynəlxalq Fenomenologiya Konqresində təmsil olun­ması buna daha bir sübutdur. Jurnalımızda bu elmi forumlar barədə mə­lu­mat verilmişdir.



Azərbaycan fəlsəfi fikrinin dünya fəlsəfəsinə inteqrasiyası daha bir ha­di­sə ilə təsbit olunmuşdur. Jurnalımız The Philosopher`s İndex-ə daxil edil­miş­dir. Bundan sonra çap etdiyimiz bütün məqalələr haqqında qısa məlumat in­gilis dilində bütün dünya kitabxanalarına çatdırılacaqdır. Bu isə həm müəlliflərin, həm də Redaksiya Şurasının məsuliyyətini daha da artırır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin