Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,37 Mb.
səhifə3/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   2   3   4   5   6   7   8   9   ...   100
Ramiz MEHDİYEV

AFSEA-nın prezidenti,

Redaksiya Şurasının sədri, akademik

Nəriman Nərimanov – 140




Nəriman Nərimanov 1870-ci ildə Tiflis şə­hə­rində anadan olmuşdur. 1890-cı ildə Qori se­­mi­na­riyasını, 1908-ci ildə Novorossiysk (Odes­sa) Uni­versitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat "Hüm­mət" təş­­­kilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya So­si­al-Demokrat (bolşeviklər) Partiyasının (RSDF(b)P məramnaməsini türk dilinə çevirmiş­dir. 1909-cü il­də həbs olunaraq Həştərxan şəhərinə sürgün edil­miş­dir.

1913-cü ildə Bakıya qayıdan Nərimanov ictimai-siyasi fəaliyyət və maarifçiliklə məşğul olmuşdur.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq ko­mis­sarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan ş­ə­hə­ri­nə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında ça­lışır.

N.Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komis­sarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri (Baş nazir) vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra, Lenin və partiya qarşısında xidmətləri nəzərə alınaraq, SSRİ Mərkəzi İcrayyə Komitəsinin Həmsədrlərindən biri seçilir.

N.Nərimanov 1925-ci ildə Moskvada müəmmalı şəkildə ölmüş və Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin