Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,37 Mb.
səhifə51/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   47   48   49   50   51   52   53   54   ...   100
Anahtar kelimeler: Ibn Sina, tıp, felsefe, hisler, orqanizm, aşk, hastalık.


Milli-mənəvi dəyərlər


Muğam fəlsəfəsi



Müşfiq Şükürov

Muğam insan ekzistensiyasına səyahətin ən hikmətli və eyni zamanda son dərəcə estetik formalarından biridir. İnsani mövcudluğun mürəkkəb mən­zərəsi burada musiqinin dili ilə özünün dərin təsvirini tapmışdır. Lakin bu musiqinin hikmətli olması təkcə onun dərinliyi təsvir imkanları ilə deyil, həm də aşkarladığı fəlsəfə və ekzistensial problemlərə verdiyi çözümlə şərt­lə­nir. Və muğam bir daha çözümün dərinliklə dialektik əlaqəsini də əyani su­rətdə göstərmiş, sübut etmiş olur.

Ekzistensial dərinliyi olmayan fəlsəfə heç bir həqiqi həll təklif edə bil­məz. Bu baxımdan, muğam bir daha bu gün əhəmiyyətini layiqincə qiy­mət­lən­dirə bilmədiyimiz fəlsəfi dərinlik məsələsini gündəmə gətirir. Dərinlik sə­viy­yəsinə görə isə bəşər mədəniyyətində muğamla bir rəfə qoyula biləcək musiqi nümunələri elə də çox deyil.

Qərb və Şərq fəlsəfi ənənələrinin qarşı-qarşıya qoyulması bu günkü qlo­­ballaşan mədəniyyətin başlıca baş ağrılarındandır. Bu problem uydurul­ma de­yil, real və həllini gözləyən problemdir. Onun aydınlaşması bəşə­riy­yə­tin sonrakı davamlı inkişafı üçün peal perspektivlər müəyyən edə bilər. Bu­rada biz qəsdən “həlli” əvəzinə “aydınlaşması” sözündən yararlandıq. Zira bir şərq­li kimi düşünürük ki, insani problemlər mahiyyətcə şüur düyünlə­rin­dən baş­qa bir şey deyillər. Və onların həlli məsələnin aydınlaşması, işığa çı­xa­­rıl­ması ilə həll olunur. Bu düyünlərin iskəndərcəsinə qılıncla “çözülməsi” ənə­nə­si düyünlərin artmasına səbəb oldu sadəcə. Nə qədər ki, fərdi və ictimai şüu­run qaranlıq, ziddiyyətli sahələri mövcuddur, gerçək həyat daxili zid­diy­yət­lərin görünən metaztazları ilə dolu olacaqdır. Və aydındır ki, zahirdə on­larla döyüşmək heç bir fayda verməyəcəkdir.

Beləliklə, Şərq fəlsəfəsi ilə Qərb fəlsəfəsinin qarşı qoyulması uy­du­rul­ma problem deyil. Müasir fəlsəfə dərsliklərinə nəzər salın. Şərq fəlsəfəsinin çö­zümləri onlarda qeyri-ciddi, əksər hallarda qeyri-professional (çox zaman açıq­ca diletantcasına) bir şəkildə işıqlandırılır. Əgər müasir dünya nizamı Qər­bin texnologiyaları (istər texniki, istərsə də humanitar) ilə qurulursa, de­məli, Şərq ciddi dialoq tərəfdaşı kimi nəzərdən atıla da bilər. Halbuki Şərq minilliklərlə dayanıqlı inkişaf edən sivilizasiyalara həyat vermişdir. Həyati mo­dellər yaratmışdır. Son bir neçə əsrdə qərbin insan ekzistensiyasında apar­maq istədiyi sonu şübhəli eksperimentlərə uymaq nə dərəcədə əsaslıdır?

Şərq fəlsəfəsi isə bu günkü üzdəki texnoloji feyerverkə etina etməyə­rək mü­asir sivilizasiyanı ruhani xəstəlik kimi dəyərləndirir. Qərbin bu xəs­tə­lik­­dən çıxmaq üçün reseptləri varmı? O, maddi problemləri həll etmək üzrə “ix­­ti­saslaşmışdır”, əgər belə demək caizdirsə. Odur ki, Şərqlə Qərbin dia­lo­qu yalnız ilk yaxınlaşmada narazı Şərqi sakitləşdirmək, onun bir növ “kön­lü­nü almaq” üçün lazımdır. Daha dərin yaxınlaşmada, əslində, bu dialoqun mə­suliyyətsizcəsinə bəşəriyyəti arxasına alıb uçuruma yüyürən Qərbin və son əsrlərin çaşqınlığından çıxa bilməyən Şərqin özünün xilası üçün gərəkli olduğunu aşkarlayır. Dialoqda bəşəriyyətin ayılmaq şansı var.

Hesab edirəm ki, bu haşıyə bizim tədqiqatımız üçün zəruridir. Çünki mu­ğamın dərin və həyəcanlandırıcı fəlsəfəsini olduğu kimi təqdim etmək üçün fəlsəfi auditoriyanın gözləmələrinə refleksiya etməmək mümkün deyil. Mu­ğamın fəlsəfəsi qədim, ekzotik deyil, canlı, müasir və əbədi bir fəlsəfə ki­mi qavranılmalıdır. Zira rəssamlıqda da natürmort qurularkən əsas ob­yek­tin düzgün və əlverişli işıqlandırılmasına nail olmaq zəruri vəzifədir.

Qərb fəlsəfi ənənəsi əsas etibarı ilə rasional ənənələrdə inkişaf edən fəl­sə­fədir. Burada fəlsəfəyə qarşı qoyulan əsas tələblər subut metodikası və ar­qu­mentasiya yetərliyi ilə bağlıdır. Və şərq fəlsəfəsini də bu baxımdan, ta­ma­mi­lə ədalətsizcəsinə, spekulyativ mülahizələrə əsaslanaraq zəif inkişaf etmiş fəl­səfə kimi dəyərləndirirlər. (Bilirik ki, Qərbin dahi filosofu Hegel də belə dü­şünürdü.) Halbuki şərq fəlsəfəsinin ən əsas və ən yetərli arqumenti hə­mişə bir şey olmuşdur – ekzistensial dərinlik! Fikrimizcə, böyük Nəsi­mi­nin aşağıdakı misraları elə məhz bu arqumenti ortaya qoyur:


Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin