Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


Mexaniki məkan, fiziki məkan



Yüklə 1,37 Mb.
səhifə68/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   64   65   66   67   68   69   70   71   ...   100
Mexaniki məkan, fiziki məkan,

mənəvi məkan və sosial məkan
Son vaxtlar sosial zamandan yazırlar. ..Sosial məkan isə bir termin ki­mi formalaşmayıb. Məkanın üçölçülü götürülməsi, bütün məkanların me­xa­ni­ki rakursla məhdudlaşdırılması.

Əslində isə dəyişilmə ancaq (mexaniki) məkanda və (mexaniki) za­man­da deyil, çox müxtəlif rakurslarda baş verir. Zərurət və təsadüf (təsadüf: müx­təlif hadisələr zəncirinin haradasa kəsişməsi).

Hadisələr – səbəbiyyət zəncirinin kəsişmə nöqtələri...

Eynşteynin qənaəti: mexaniki hərəkət dünyasında fotonun sürətindən bö­yük sürət yoxdur. Nəyə görə? Çünki informasiya ötürücüsü fotondur. Bu, tav­tologiyadır. Belə ki, eksperimen­tin aparılması mexaniki hərəkət edən obyektlərin yerinin fiksasiya olunma­sı­nı tələb edir – biz isə qəbul edirik ki, in­formasiya almağın, eksperimenti iz­ləməyin yeganə yolu işıqdır. Bu, bizim özü­müzün qoyduğumuz məhdudiyyətdir. Və təbii ki, nəzəriyyə elə qu­rul­ma­lı­dır ki, işıq sürəti əvvəlcədən insanın ən böyük imkanı kimi – maksimum hədd kimi saxlansın.

Məsələn, informasiya ötürücüsü səs olansa, cismin də hərəkət sürəti səsin sürəti ilə məhdudlaşır. Nəzəriyyə özü bunu tələb edir.

Lakin əgər mexaniki hərəkət dünyasında limit (maksimal hədd olaraq) elektromaqnit hərəkətin atomu (fotonun) sürəti götürülürsə, bəs elektro­maq­nit, işıq hadisələri üçün maksimal hədd nə götürülür? Onlar da yenidən me­xaniki hərəkətə müncər edilir – mexanisizm. Halbuki dünyanın yeni qatları açılmalıdır. Bəs kvarklar? (özgə nələr?) Onlar da zorla fotona müncər edilir.

Başqa informasiya ötürücüləri haqqında düşünülməlidir. Xüsusən mə­nə­­vi müstəvidə. Düzdür, fikrin başqası tərəfindən “oxunması” yeni key­fiy­yət­li informasiya ötürülməsi kimi qəbul olunur. Yenə elektromaqnitə, fotona müncər etmək təşəbbüsləri var... Ay nə bilim biotoklar var və onların da tə­bi­əti yəqin ki, elektromaqnit sahəsi ilə bağlıdır. Ötürülmə yəqin ki, fo­ton­lar­la olur və s. Bax, burada elm dayanıb, irəli gedə bilmir.

Necə ki, XIX əsrdə mexanisizm hakim idi, XX əsrdə də fotonizm ha­kim­dir. Yeni metodologiya, yeni baxış lazımdır. Bu isə fikrin, mənəvi və so­s­ial dünyaların xüsusi sahə növü kimi öyrənilməsi ilə bağlıdır. (Lakin ola bilsin ki, hələ ona qə­dər təbiətin özündə yeni qatlar da var...)



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin