Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


S.X. Fəlsəfi esselər



Yüklə 1,37 Mb.
səhifə76/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   72   73   74   75   76   77   78   79   ...   100
S.X.


Fəlsəfi esselər
Yük
Biz əmanəti göylərə, yerə və dağ­la­­ra verdik, onlar onu daşımaq istə­m­ə­di­lər, ondan qorxdular. İnsan onu götürdü (yükləndi), o, zalım və cahil idi.

Quran 33/72.
Yük daşınmalıdır. Bu aksiomdur. Sənin yükünü sən daşımalısan. Bu da aksiomdur. Yükünü rahat daşımaq üçün özün-özünə yük olmamalısan. Bunu da aksiom hesab eləmək olar.

Yük var müvəqqətidir. Bu gün var, sabah yox. Bu gün ağırdı, sabah kim­sə bir qulpundan tutur, sənin də işin yüngülləyir. Bir gün, lap bir il çə­kir­sən bu yükü, sonra dincəlirsən. Yükün yeməli idisə, ləzzətlə yeyirsən, ge­yin­məli idisə, sevə-sevə geyinirsən, yorğunluğun da çıxır. Daşıdığın yü­kün əvə­zi bir qara qəpik olanda da, zəhmətinin əvəzi kimi gözündə qızıla bəra­bər olur, xəyalında onu hər şeyə çatdırırsan… və beləcə arzularla, xəyallarla yüklənirsən.

Vəzifə də müvəqqəti yükdür. Zəhmət çəkib, qan-tər töküb, min-bir əziy­yətə qatlaşıb, neçə-neçə yüklərin altına girib vəzifə tutursan: müdir, işçi, vali­deyn, övlad, ər, arvad, dost daha nələr. Bir yükü daşıyırsan o birinə ye­tiş­mək üçün. Hərdən bu yükdən bezib ondan silkinənlər olur və ona elə gəlir ki, quş kimi azaddır. Vəzifəsini icra etməyən müdirlər, tapşırılan işlərin mə­su­liyyətini dərk etməyən əhli-kef işçilər, övladını taleyin hökmünə buraxan valideynlər və beləcə yükünü öz çiyinlərindən ondan aşağıda dayananların ba­şına salanlar. Aşağıdakı bu yük üçün yetişmədiyi, üstəlik öz yükü olduğu üçün ya əzilib məhv olur, yaxud o da özündən əvvəlkindən dərs götürüb yü­kü­nü atır kiminsə boynuna. Beləcə yüklərini ata-ata vicdan əzabları ilə yüklənirsən.

Bəzən ad da yükə çevrilir. Nəsillərin verdiyi əzəmətlə, böyüklüklə yük­lənmiş bir ad verilir bir uşağa. Öz “halal” yükünü çəkə-çəkə illərin, nə­sil­lərin, tarixin də yükünü çəkməli olur.

Ya da qazanmadığı, əziyyətini çəkmədiyi və deməli bu yük üçün çiyin­ləri hələ bərkiməmiş birinə təmtəraqlı bir ad – fəxri ad – verilir və o, bu yükün altında itib-batır. Özündən on dəfə böyük yükü daşıyan qarışqa kimi: yük-ad görünür, sahibi isə yox.

Yük də var səninlə doğulur, səninlə ölür.

Doğulanda Allah sənin ruhunu maddi bədənə şərəfli bir yük kimi verir və sən çiyinlərini insanlıq adında möhtəşəm bir yükün altına verirsən. Bu yü­kün içində iman da var, əqidə də, ağıl da, şüur da, müqəddəslik duyğusu da, ilahi aləmə bağlılıq da. Yaman ağır yükdü! Yük yükdür və qeyri-şüuri on­dan xilas olmaq istəyənlər tapılır. İmanını unudur, müqəddəslik duy­ğu­su­nu tapdalayır, ağlını dumanlandırır, şüurunu korşaldır, ilahi aləmlə haqq-sa­la­mı kəsir və olur quş kimi, ya da qurd kimi. Şir kimi olan da var, çaqqal ki­mi olan da. Bir sözlə, olur sadəcə canlı. Amma o biri yüklərdən fərqli olaraq bu yük nə atılır, nə satılır. Quş olub göyə çıxsan, anidən özünü xatırladır və sən daş kimi gəlirsən yerə.

İnsanlıq yükünü atmağa çalışanda insan olur yarımçıq: nə insandan in­san­dı, nə heyvandan heyvan. Belə olanda onun hər şeyi ayrı-ayrılıqda bir yü­kə çevrilir. Birinə sərsəmləyən dili yük olur, birinə lazım olandan artıq şey dinləyən qulağı, birinin əli “əyilir”, digərinin ayağı “sürüşür”, birinin isə üm­umiyyətlə başı bədəninə artıqlıq edir. Beləcə yüklərini yığıb-yığışdıra bilməyənin yükləri civə kimi dağılır ətrafa, düşdüyü yerə zərər verir.

O biri yüklərin sahibi ya özün olursan, ya bir başqa bəni-adəm. Ona görə rahat-rahat atıb-tutursan. Amma sonuncu yükün – insanlığın sahibi Al­lah­dır və hər kəsə çəkdiyi qədər verir: nə bir damcı artıq, nə də əskik. Bu sonuncu yükünü daşıya bilsən, o biri yüklərin ağırlığını heç duymazsan.

Nöqtə
Nöqtə qoymalısan ki, yeni cümlə başlaya biləsən. Nə qədər gözəl cüm­lə olursa olsun, nə qədər gözəl mətləb anladırsa anlatsın, cümlə çox uzananda oxucunu bezdirir, məna itir, ağırlaşır. Oxucu həsrətlə nöqtənin nə vaxt qoyulacağını gözləyir. Gözləri cümlənin bəlkə də ən maraqlı yerlərinin üstündən atlayaraq nöqtəni axtarır.

Var üç nöqtə – bu, müəmmadır…

Var iki nöqtə – bu, tələbdir: de, söylə, danış.

Var bir nöqtə – bu, sondur. Amma hər son həm də bir başlanğıcdır. Bunu biləndə nöqtə qoymaq asan olur.

Həyatda da belədir. Həyatının bir səhifəsini tamamlamaqdan qorxur­san. Bu həm yaxşı bir şeyin bitməsini istəməməkdən, həm də yeni səhifənin hələ qaranlıq olmasından irəli gəlir. Amma nöqtə labüddür. Qoyulmalıdır. Son olmalıdır ki, yeni bir “cümlə” başlasın.





Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin