|
|
səhifə | 79/100 | tarix | 10.01.2022 | ölçüsü | 1,37 Mb. | | #98609 |
| XOŞ OLAN HAQQINDA FƏSİL
209
Özünü vurnuxmaya həsr edən və özünü düşüncələrə həsr etməyən, məqsədi unutmuş, həzzlərdən yapışan özünə dalmışa həsəd aparır.
210
Xoş olana bağlanma, xoş olmayana isə heç bağlanma. Xoş olanı görməmək və xoş olmayanı isə görmək – zülmdür.
211
Odur ki, heç nəyi sevməyin, zira sevimli olandan ayrılmaq – ağrılıdır. Heç nəyi sevməyən və heç nəyə nifrət etməyən üçün bağlar yoxdur.
212
Xoş olandan qəm doğulur, xoş olandan qorxu yaranır; xoş olandan qurtulmuş qəm nədir bilməz, qorxu hardan olsun?
213
Meyldən qəm doğulur, meyldən qorxu yaranır; meyldən qurtulmuş qəm nədir bilməz, qorxu hardan olsun?
214
Bağlılıqdan qəm doğulur, bağlılıqdan qorxu yaranır; bağlılıqdan qurtulmuş qəm nədir bilməz, qorxu hardan olsun?
215
Ehtirasdan qəm doğulur, ehtirasdan qorxu yaranır; ehtirasdan qurtulmuş qəm nədir bilməz, qorxu hardan olsun?
216
Arzudan qəm doğulur, arzudan qorxu yaranır; arzudan qurtulmuş qəm nədir bilməz, qorxu hardan olsun?
217
Yaxşılıq və bəsirətlə dolu, dhammada dəyanətli olan və doğru danışan, borcunu yerinə yetirən – beləsini xalq xoş olan sayır.
218
Fikri həzzlərə bağlanmamış, daxilində deyiləbilməyənin arzusu doğulmuş (və qoy o həm də idrakla dolu olsun) uddhamsota1 çağırılır.
219
Qohumlar, dostlar və tanışlar uzun müddət olmayan və çox uzaqlardan sağ-salamat qayıtmış birisini salamlayarkən sevinərlər.
220
Xeyir əməllər bu dünyadan digərinə köçmüş xeyirxah insanı qohumlar öz yaxınlarını qarşıladıqları kimi qarşılayarlar.
-
Dostları ilə paylaş: |
|
|