Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,37 Mb.
səhifə83/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   79   80   81   82   83   84   85   86   ...   100
YOL HAQQINDA FƏSIL

273


Yolların ən yaxşısı – səkkizlidir; həqiqətlərdən ən yaxşısı – dörd söz­dür; dhammalardan ən yaxşısı – ehtirasların məhvidir; ikiayaqlılardan ən yax­şısı – bəsirətli olandır.

274


Yol budur və görməni təmizləmək üçün başqası yoxdur. Onunla ge­din. Başqa hər şey – Maranın vəsvəsəsidir.

275


Onunla gedərək əzablara son qoyacaqsınız. Bu yolu mən bəyan etdim, tikanları aradan qaldırmağı öyrənincə.

276


Özünüz cəhd göstərməlisiniz. Tathaqatlar – yeganə müəllimlərdir. Bu yolla gedənlər və özünə dalanlar Maranın buxovlarından qurtulacaqlar.

277


“Bütün sankharalar keçicidirlər”. Buna müdrikcəsinə baxanda, şərə qar­şı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur.

278


“Bütün sankharalar dərdgətiricidirlər”. Buna müdrikcəsinə baxanda, şərə qarşı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur.

279


“Bütün dhammalar cansızdırlar”. Buna müdrikcəsinə baxanda, şərə qarşı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur.

280


Durmaq zamanı yetişəndə durmayan; cavanlığa və qüvvətə rəğmən tən­bəl olan; qətiyyəti və fikri cılız olan, - belə qafil və tənbəl müdrikliyin yolunu tapmayacaqdır.

281


Sözə diqqətli olan, öz ağlını tam sakitləşdirmiş insan, qoy o, bədəni ilə pis heç nə eləməsin, qoy o bu üç əməl yolunu təmizləsin, qoy o, müdriklərin göstərdiyi cığıra çatsın.

282


Həqiqətən: düşüncədən müdriklik doğulur; düşüncəsizlikdən – müd­rik­liyin məhvi. Həyata və həyatın məhvinə aparan bu ikili yolu bilərək qoy o elə eləsin ki, müdriklik artmaqda olsun.

283


Meşəni qırın, təkcə bir ağacı yox. Qorxu meşədən yaranır. Meşəni də, kolluğu da qırandan sonra, ey bhikşular, siz azad olacaqsınız1.

284


Kişinin qadınlara qarşı arzusu ləğv olmayıbsa, lap az miqdarda belə qalıbsa, onun ağlı bağlıdır, anasının südünü əmən dana kimi.

285


Arzunu qopart, payız şanagülləsini əllə qopardan kimi. Sakitlik yolu ilə Suqatanın2 göstərdiyi Nirvanaya doğru get.

286


“Burda yağışlar zamanı yaşayacağam, burda isə yayda və qışda”, – ax­maq belə düşünür. O, təhlükə barədə düşünmür.

287


Uşaqlarda və mal-qarada başını itirmiş belə insanı ölüm oğurlayır, yat­mış kəndi sel aparan təki.

288


Nə uşaqlar, nə atası və nə də qohumları ölümün yaxaladığı kəsi müda­fiə edə bilməzlər. Doğmalarda müdafiə tapmaq mümkün deyil.

289


Bu həqiqəti bilərək, qoy, daxilən təmkinli müdrik tez özü üçün Nirvanaya aparan yolu təmizləsin.



  1. Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin