Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,37 Mb.
səhifə84/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   80   81   82   83   84   85   86   87   ...   100
MÜXTƏLIF BARƏDƏ FƏSIL

290


Əgər balaca xoşbəxlikdən imtina, böyük səadəti görməyə imkan ve­rir­sə, qoy, müdrik balaca xoşbəxtlikdən imtina etsin, böyük səadəti düşünərək.

291


Başqalarına əzab verərək özünə səadət axtaran, nifrət torlarında dolaşaraq nifrətdən azad olmur.

292


Axı, görülməli iş təxirə salınır; görülməsi gərəkməyən isə, əksinə, görülür. Belə qafil və təkəbbürlülərin arzuları artır.

293


Lakin o kəslərin ki, tam toparlanmış ağlı daima bədənə yönəlmişdir, onlar görülməsi gərəkməyən şeylərin ardınca düşmürlər, görülməsi gərək olan şeyləri səylə görürlər. Belə müdrik və diqqətlilərin arzuları yoxa çıxır.

294


Ana və atanı və kşatri kastasından olan iki padşahı öldürərək, şahlığı təəbələri ilə birlikdə məhv edərək brahmana təmkinlə gedir1.

295


Ana və atanı və brahmana kastasından olan iki padşahı öldürərək, üstəlik beşinci olaraq pələng-insanı2 da öldürüb brahmana təmkinlə gedir.

296


Böyük ayıqlığa malik olanlar, Qautamanın şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz də onların fikirləri daima Buddaya yönəlmişdir.

297


Böyük ayıqlığa malik olanlar, Qautamanın şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz də onların fikirləri daima Dhammaya yönəlmişdir.

298


Böyük ayıqlığa malik olanlar, Qautamanın şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz də onların fikirləri daima Sanqhaya yönəlmişdir.

299


Böyük ayıqlığa malik olanlar, Qautamanın şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz də onların fikirləri daima bədənə yönəlmişdir.

300


Böyük ayıqlığa malik olanlar, Qautamanın şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz də onların ağılları daima zorakılıqsızlığa sevinir.

301


Böyük ayıqlığa malik olanlar, Qautamanın şagirdləri, həmişə oyaq olurlar. Gecə də, gündüz də onların ağılları daima düşünməyə sevinir.

302


Dünyanın tərzini buraxmaq çətindir, sevinmək çətindir; evdə həyat bədbəxt və çətindir, səndən fərqlilərlə yaşamaq çətindir. Qəribi bədbəxtlik təqib edir. Bu səbəbdən də, qərib olma və qoy bədbəxtlik səni təqib etməsin.

303


Iman və salehliklə dolmuş olana, şöhrət və dövlət sahibinə, harda olsa, hər yerdə hörmət bəsləyərlər.

304


Salehlər uzaqdan bərq vurarlar, Himalay dağları tək. Zalımları isə heç yaxından da görmək olmur, gecə atılan oxları görmək mümkün olmadığı kimi.

305


Tənhalıqda oturan, tənhalıqda yatan, tənhalıqda gəzişən, fəaliyyətli olan və özü özünün qabağını alan kəs qoy meşədə sevinsin.



  1. Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin