Klinik forma (xəstəliyin ağır dərəcəli formasında): bronxitik,
emfizematoz
Faza: kəskinləşmə, stabil
İki tip gedişi qeyd etmək lazımdır: tez-tez baş verən
kəskinləşmələrlə (ildə 3 və daha çox) və az baş verən
kəskinləşmələrlə
Fəsadlar: xroniki tənəffüs çatışmazlığı, xroniki tənəffüs
çatışmazlığı fonunda kəskin tənəffüs çatışmazlığı, pnevmotoraks,
pnevmoniya, tromboemboliya, bronxoektazların mövcudluğu zamanı
onların lokalizasiyasını göstərmək, ağ ciyər arteriyasının
hipertenziyası, ağ ciyər ürəyi, qan-damar çatışmazlığının dərəcəsi.
Bronxial astma ilə birgə gedişi zamanı onun diaqnozunu
açıqlamaq.
Siqaret çəkən pasiyentin siqaret çəkmə indeksini göstərmək
(siqaret/il).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|