Ağ irqin morfoloji xüsusiyyətləri
Plan:
1. Lapanoid irqi
2. Atlant-Balt irqi
3. Ağ dəniz-Balt irqi
4. Mərkəzi Avropa irqi
5. Aralıq dənizi irqi
6. Pamir-Fərqanə irqi
7. Balkan-Qafqaz
8. Assiroid irqi
Ağ irq Şimal və Cənub qollarına bölünür. Şimal qoluna Lapanoid, Atlant-Balt,
Ağ dəniz-Balt, Mərkəzi Avropa, Cənub qoluna Aralıq dənizi, Pamir-Fərqanə,
Balkan-Qafqaz və Assiroid irqləri aiddir.
1. Laponoid irqinə Skandinaviya yarmadasının şimalında yaşayan və Kola
yarmadasında yaşayan finlər aid edilir. Bu irqin morfoloji xüsusisyyətləri
aşağıdakılardır.
1. Saçları düz və yumşaqdır. Üçüncü tük örtüyü zəif və ortadan aşağı
inkişaf etmişdir.
2. Dərinin rəngi bəyaz, gözlərinin rəngi tünd və ya qarışıq, saçlarının rəngi
qara və tünd sarışındır.
3. Sifətlərinin üfüqi profili ortoqnat, şaqulu profili zəif və ya orta, ölçüləri
kiçik və orta dərəcədə enli və dördküncdür.
4. Burunları düz və orta dərəcədə enli və qismən əyridir. Burun göstəriciləri
71-73-dür.
5. Gözlərinin üst qapağındakı qırış orta dərəcədə inkişaf etmişdir. Qadın və
uşaqlarda epikantus daha çox müşahidə olunur.
6. Epikantusun müşahidə olunması 50-80% təşkil edir.
7. Dodaqları nazikdir. Dodaqların dəri hissəsi orta hündürlükdədir, qişa
hissəsi azacıq proxeylikdir. Dodaqları enlidir.
8. Çənələri orta çıxıntılıdır.
9. Alınları orta dərəcədə maili, qaşüstü sümüyün inkişafı zəifdir.
10. Baş göstəriciləri 80-83 (branxikefal) boylarının uzunluğu 156-157
santimetrdir.
2. Atlant-Balt irqinə mənsub olan əhali Avropanın şimal-qərbində yaşayır. Bu
irqin morfoloji xüsusiyyətləri aşağıdakılardır.
1. Saçları düz və dalğavari yumşaqdır. Üçüncü tük örtüyü güclü inkişaf
etmişdir.
2. Dərinin rəngi bəyaz, gözlərinin rəngi mavi, saçlarının rəngi sarıdır.
3. Sifətlərinin üfüqi profili ortoqnat, şaqulu profili güclüdür. Sifətlərinin
morfoloji hündürlüyü çox böyükdür. (120-128 mm) sifətləri ensizdir
(139-145 mm).
4. Burunları ensiz və uzundur. Burun göstəriciləri 63-65-dir.
5. Gözlərinin üst qapağındakı qırış müşahidə olunur.
6. Dodaqları nazikdir. Dodaqların dəri hissəsi hündürr, qişa hissəsi orta
epistoxeylikdir. Dodaqları enlidir.
7. Çənələri uzundur.
8. Alınları maili, qaşüstü sümüyün inkişafı orta səviyyədədir.
9. Baş göstəriciləri 76 (dolixokefal) boylarının uzunluğu 168 santimetrdən
175 sm-yə qədər dəyişir.
Bu irqə daxil olan Şotlandlar Atlant-Bolt tipinin digər nümayəndələrindən
saçlarının daha tünd rəngli olmaları ilə fərqlənirlər. Antropoloqların bəziləri bu
irqi tipi Aralıq dənizi irqinin “piqmentsizləşmiş forması” hesab edirlər.
3. Ağ dəniz –Balt irqinə Baltik dənizinin şərqində yaşayan finlər (suomilər, komi-
zizyanlar), ruslar, latışlar, litvalılar və belaruslar aid idilirlər. Bu irqin morfoloji
xüsusiyyətləri aşağıdakılardır:
1. Saçları düz və yumşaqdır. Üçüncü tük örtüyü zəif və orta inkişaf etmişdir.
2. Dərinin rəngi bəyaz, gözlərinin rəngi tünd və ya qarışıq, saçlarının rəngi qara
və tünd sarışındır.
3. Sifətlərinin üfüqi profili ortoqnat, şaqulu profili ortadır. Sifətlərinin morfoloji
hündürlüyü orta sifətləri ensizdir.(140 mm)
4. Burunları nisbətən enli, Burun göstəriciləri 71-72-dir.
5. Gözlərinin üst qapağındakı qırış zəif və orta dərəcədə inkişaf etmişdir.
6. Dodaqları nazikdir. Dodaqların dəri hissəsi orta və hündür, qişa hissəsi
ortoxeylikdir.
7. Çənələri orta və zəif çıxıntılıdır.
8. Alınları düz, qaşüstü sümüyün inkişafı zəifdir.
9. Baş göstəriciləri 81-83 (branxikefal) boyları ortadır.
4. Mərkəzi Avropa irqinə Avropanın orta zolağında yaşayan əhali aid edilir. Bu irqə
aid olan əhalinin morfoloji xüsusiyyətləri aşağdakılardır.
1. Saçları dalğavari və düzdür. Üçüncü tük örtüyü qismən güclü inkişaf
etmişdir.
2. Dərinin rəngi bəyaz, gözlərinin rəngi qara və qarışıq, saçlarının rəngi
qara və tünd sarıdır.
3. Sifətlərinin üfüqi profili ortoqnat, şaqulu profili orta dərəcəli və güclüdür.
Sifətlərinin morfoloji hündürlüyü 115-120 mm, eni 138-143 mm-dir.
4. Burunları dik, Burun göstəriciləri 56-68-arasında dəyişir.
5. Gözlərinin üst qapağındakı qırış zəif müşahidə olunur.
6. Dodaqları nazik və orta qalınlıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa,
qişa hissəsi ortoxeylikdir.
7. Çənə çıxıntıları orta dərəcədədir.
8. Alınları düz, qaşüstü sümüyün inkişafı zəifdir.
9. Baş göstəriciləri 79-86 (mezokefal və branxikefal) boyları 164-169
santimetr arasında dəyişir.
5. Aralıq dənizi irqinə mənsub əhali Aralıq və Qara dəniz sahillərində,
Azərbaycanda, Türkmənistanda, Hindistan yarmadasının şimalında, Afrikanın
şimalında yaşayır. Onların morfoloji xüsusiyyətləri aşağıdakılardır.
1. Saçları dalğavaridir. Üçüncü tük örtüyü güclü inkişaf etmişdir.
2. Dərinin rəngi qaraşın, gözlərinin rəngi qara və qarışıq, saçlarının rəngi
qaradır.
3. Sifətlərinin üfüqi profili ortoqnat qismən mezoqonatığa müeyilli, şaqulu
profili güclüdür. Sifətlərinin morfoloji hündürlüyü 120-125 mm, eni 127-
137 mm-dir.
4. Burunları ensiz, Burun göstəriciləri 61-66- dır.
5. Gözlərinin üst qapağındakı qırış zəif, bəzi hallarda ümumiyyətlə müşahidə
olunmur.
6. Dodaqları nazikdir və orta qalınlıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa,
qişa hissəsi orto qismən proxeylikdir.
7. Çənələri orta çıxıntılıdır.
8. Alınları azacıq maili, qaşüstü sümüyün inkişafı zəifdir.
9. Baş göstəriciləri 75-76 (dolixikefal) boyları 162-172 santimetr arasında
dəyişir.
6. Pamir-Fərqanə irqinə mənsub olan əhali Mərkəzi Asiyada, Qafqazda və Anadoluda
yaşayır. Morfoloji xüsusiyyətlərinə görə bu irq Aralıq dənizi irqinə çox yaxındır.
Bu irqin morfoloji xüsusiyyətləri aşağıdakılardır.
1. Saçları dalğavaridir. Üçüncü tük örtüyü güclü inkişaf etmişdir.
2. Dərinin rəngi qaraşın, gözlərinin rəngi qara və qarışıq, saçlarının rəngi
qaradır.
3. Sifətlərinin üfüqi profili ortoqnat, şaqulu profili güclüdür. Sifətlərinin
hündürlüyü orta, sifətləri ensizdir.
4. Burunları ensiz və nisbətən dik, Burun göstəriciləri 65-68-dir.
5. Gözlərinin üst qapağındakı qırış zəif və bəzi hallarda müşahidə olunmur.
6. Dodaqları nazik və orta qalınlıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa,
qişa hissəsi ortoxeylikdir.
7. Çənələri orta çıxıntılıdır..
8. Alınları düz, qaşüstü sümüyün inkişafı zəifdir.
9. Baş göstəriciləri 84-85 ( branxikefal) boyları 165-167 santimetr arasında
dəyişir.
7. Balkan-Qafqaz irqinə mənsub əhali Balkan yarımadsında, Mərkəzi Qafqazda və
İranın qərbində məskunlaşmışlar. Bu irqin morfoloji xüsusiyyətləri
aşağıdakılardır.
1. Saçları düz və dalğavaridir. Üçüncü tük örtüyü gur inkişaf etmişdir.
2. Dərinin rəngi bəyaz, gözlərinin rəngi qara və qarışıq, saçlarının rəngi
qaradır.
3. Sifətlərinin üfüqi profili ortoqnat, şaqulu profili orta ölçüdədir. Sifətlərinin
morfoloji hündürlüyü 122-127mm, sifətlərinin eni 140-147 mm-dir.
4. Burun göstəriciləri 59-67-dir.
5. Gözlərinin üst qapağındakı qırış zəif müşahidə olunur.
6. Dodaqları nazikdir. Üst dodaqlarının dəri hissəsi hündür, qişa hissəsi
ortoxeylikdir.
7. Çənə çıxıntıları qismən güclüdür.
8. Alınları maili, qaşüstü sümüyün inkişafı orta səviyyədədir.
9. Baş göstəriciləri 83-87 ( branxikefal) boyları 165 santimetrdən 177 sm-yə
qədər dəyişir.
8. Ayrı-ayrı təsnifatlarda müxtəlif adlarla (Ön Asiya, Pont-Zaqros, Armenoid və s)
tanınan assirois irqinə Suriya və kiçik Asiya əhalisi əhalisinin bir qismi aid
olunur. Assirod irqinin morfoloji əlamətləri aşağıdakılardır.
1. Saçları düz və dalğavari, qismən qıvrımdır. Üçüncü tük örtüyü güclü inkişaf
etmişdir.
2. Dərinin rəngi qaraşın, gözlərinin rəngi qara və qarışıq, saçlarının rəngi
qaradır.
3. Sifətlərinin üfüqi profili ortoqnat, şaqulu profili orta ölçüdədir.
4. Burunları iri və əyri, burun göstəriciləri 63-65-dir.
5. Gözlərinin üst qapağındakı qırış zəif müşahidə olunur.
6. Dodaqları nazik, orta qalınlıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa, qişa
hissəsi ortoxeylikdir.
7. Çənə orta çıxıntılıdır.
8. Alınları çox maili, qaşüstü sümüyün inkişafı güclüdür.
9. Baş göstəriciləri 87-89 ( branxikefal və hiperbraxikefal) boylarının uzunluğu
164 santimetrdən 166 sm-yə qədər dəyişir.
Dostları ilə paylaş: |