Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə34/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
Su türkəçarələri:

Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən övladı olar.

Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su yöksən qorxusu keçər.

Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər(62,17).


Alqışlar: “Kiabi Dədə - Qorqud”dastanlarında su ilə bağlı deyimlər alqış, qarğış dualarına rast gəlirik:

Qamən axan görglü suyun qurumasın!(65,30)

Qara başım qurban olsun ,suyum, sana!(65,69).

Soyuq – soyuq içət olsun gəlinciyim!

Qara dağın yüksəyi ol, qanlı suyun daşqını ol(65,80).

Suyla bağlı tapmacalar:

Ay gedər ha il gedər

gecə gündüz yol gedər ( su )

Yer altında gümüş kəmər ( su )

Gedər – gedər gözü yox

Yorğa gedər tozu yox ( su )

Od Çərşənbəsi ilaxır çərşəmbələrin ikincisidir. Buna xalq arasında “üsgü çərşənbə”, “üskü gecəsi”, “ikinci cərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklar ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görədə ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna əsaslanan xüsusi mərasimin çox aydın izi bugün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır(57).

Od çərşənbəsi əski görüşlərlə bağlı olub günəşə, oda, odu qoruyub saxlamaq inamına, tapınma ilə əlaqədar yaranmışdır. Zərdüşt görüşlərindən hələ çox – çox əvvəl insanlar təbiəti canlandıran, yeri isidən günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirmişdir. Belə bir etiqad yaranmışdır ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar təbiət o qədər isinər, insanlara xöşbəxtlik gətirər.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin