2. Günəşi çağırmaq mərasimi.”Bizdə qışın qurtarıb yazın başlanması ilə əlaqədar bir sıra mərasimlər də vardır ki, bunların bəziləri əksər rayonlarımızda elə məhz Novruz günlərində, bəziləri isə ayrı-ayrı yerlərdə bəzən qışın son ayıı, bəzən də yazın ilk ayı daxilində icra edilmişdir.Bunlardan biri “Günəşi çağırmaq” mərasimi imiş.Bu mərasimin indi də ancaq son dərəcə cılızlaşmış müxtəsər təfərrüatı və balaca bir nəğməsi qalmışdır.Cəmisi bir neçə bənddən ibarət olan bu nəğmədə günəş kəhər atlı insana bənzədilir, onun hətta bir oğlu, iki qızı olduğundan danışılır(58,74).