Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə48/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
Bayram adətləri. M.H.Təhmasib Novruz bayramı vя ilin axır çяrşяnbяsi ilя яlaqяdar olan adяtlяrin profilaktik яfsunun müxtяlif növlяri vasitяsilя icra edildiyini ehtimal edir. Onun fikrincя, bayram axşamı mütlяq çimmяk, gecяni sяhяrя qяdяr yatmamaq (il tяhvil olduqda adam yatmış olsa, bütün yeni il boyu baxtı yatar), şam vя od yandırmaq, «ağırlığım-uğurluğum tökülsün» deyяrяk tonqalın üstündяn atlanmaq, evdя olan bütün suyu atmaq, yeni su gяtirmяk, ilin son günündя geyilmiş paltarı mütlяq dяyişib tяzяsini geyinmяk vя s. hamısı porfilaktik яfsun, yяni köhnяlikdяn, qışdan tяmizlяnmяk aktlarıdır. Bu barяdя qяnaяtlяrin yekunlaşdıran müяllif onu da qeyd edir ki, bayram günü mütlяq tяzя paltar geyinmяk şirin şeylяr yemяk, яn lяziz yemяklяr bişirmяk, şяnlik etmяk, яlя qızıl, gümüş salmaq, üzя ün sürtmяk, başa buğda, düyü, yaxud pul tökmяk vя s. isя magiyanın ikinci şяklini, yяni ilin şad, bяxtiyar olması arzularını hяqiqяtя çevirmяk cяhdindяn ibarяt olan rifahi-hal яfsunun müxtяlif növlяrindяn ibarяtdir (57, 69).

Müяllif Novruz bayramı ilя яlaqяdar olan falın şeirlя birlяşmяsi nяticяsi olaraq xalq яdяbiyyatımızda yaranmış «vяsfi-hal» üzяrindя dя dayanır.

«Bayram gecяsindя qarı, qız, gяlin, bir yerя toplaşıb oturarlar. Bir qaba da su töküb ortaya qoyarlar. Sonra oturanlardan biri niyyяt edяr. Misal üçün filan qız filan oğlana çatacaqmı? Sonra ulduzlu tяrяfinя pambıq dolanmış iki iynяni suya salarlar. Qabı bir dяfя silkяlяyib, yerя qoyar, gözlяrini iynяyя tikяr­lяr. Əgяr iynяlяr baş-başa gяlirlяrsя, o zaman deyяrlяr ki, qız oğlana çatacaq. Yox яgяr iynяlяr baş-başa dяymяsя, gяlmяzsя, deyяrlяr çatmayacaq. Sonra deyяrlяr görяk filankяs qürbяtdяn sağ-salamat gяlib ailяsinя qovu­şa­caq­mı? Yenя bunun üçün dя iynяni suya salarlar, yuxarıda deyildiyi kimi fal açarlar».

Bunu falın яn bяsit növlяrindяn biri sayan tяdqiqatçı burada sadяcя olaraq iynяlяrin birlяşmяsi ilя insanların birlяşmяsi arasında olan oxşayışın яsas tutulduğunu göstяrir.

İlin axır çяrşяnbяsi axşamı vя bayram axşamı icra edilяn «açar salma»nı da icra edilяn fal növlяrindяn biri kimi qeyd edir. Gün batdıqdan sonra яldя bir qab su, yaxud ayna vя yeddi açar müяyyяn bir niyyяt edib, üç, yaxud yeddi yolun ayrıcında dayanır, yoldan keçяnlяrin sözlяrini dinlяyir, deyilяn ilk söz tutulmuş niyyяtin falı hesab olunur. «Açarsalma» qaranlıq qovuşduqdan sonra qonşu evlяrin bacaları, yaxud pяncяrяlяri kяnarında icra edilir. Burada da evdя danışılan sözlяrя qulaq asılır (57, 102).

Bunu falın bяsit növlяri sırasında sayan tяdqiqatçı, burada da tutulmuş niyyяtlя eşidilяn söz arasındakı oxşayışın яsas tutulduğunu, deyilяn sözün tutulmuş niyyяti açacağı zяnn edildiyi üçün yeddi açar götürüldüyünü göstяrmяklя yanaşı, hяm dя artıq sözün özündяn bir fal vasitяsi kimi istifadя olunduğunu, falın hяmin bu bu növünün, inkişafı, yяni falın şeirlя birlяşmяsinin isя «vяsfi-hallar»ın yaranmasına sяbяb olduğunu qeyd edir(60).




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin