3. Hodu mərasimi. Qədim mərasimlərdən biri də “Hodu” mərasimidir.”Bu da keçmişdə geniş yayılmış olan, hətta inqilabdan bir az əvvələ qədər də (1917-ci ildən əvvəl nəzərdə tutulur-A.X.) əksər rayonlarımızda icra edilən mərasimlərdən imiş.İndi bunun da müxtəsər təfərrüatı və kiçik bir nəğməsi qalmışdır.İstər inqilabdan qabaqkı yerli ziyalılarımızın verdikləri məlumatlardan, istərsə də sonrakı illərdə aparılmış araşdırmalardan, ən başlıcası isə mərasimin ünsürlərindən və nəğmənin məzmunundan aydın görünür ki, “Hodu” günəş ilahəsinin adı imiş.Yəqin birinci “Günəşi çağırmaq” mərasimi istənilən nəticəni vermədikdə, yəni “duman qaçmadıqda”, “günəş kəhər atı minib qarı yerdən götürmək üçün çaxmadıqda” qədim azərbaycanlılar ikinci mərasimi icra edir, yəni “Hodu”nu qapı-qapı, zəmi-zəmi, kövşən-kövşən gəzdirib oxuyurmuşlar(58,75).