Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə52/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   47   48   49   50   51   52   53   54   55
İlin təhvil zamanı qabaqcadan təqvimlərə yazılmış olar. Lakin o zaman yaxınlaşdıqda, bir məryəm qurdunu bir mis tasın içinə salıb ətrafında oturub, ona göz tikərlər. Məryəm qurdu dalısı üstə aşanda deyərlər il təhvil oldu. Bir-biriləri ilə görüşüb-öpüşüb, bayramı təbrik edərlər. Uşaqlara bayramlıq verərlər. Uşaqlara alınan təzə paltarları bayramın qabaqkı axşamı onların ixtiyarlarında qoyular. Ciblərinə, ovuclarına yemiş, şirni təkərlər. Uşaqlar təzə paltarlarını başları üstə qoyub sabahın həvəsi ilə şirin yuxuya dalırlar.

Bayramın ilk günü hüzür yerlərinə gedərlər. Hüzür yeri keçən ildə bir adamı ölmüş evə deyirlər. Son illərdə hüzür yerlərinə getmək rəsmini də ürfə gününə salıbdırlar ki, daha bayram günü qəm-qüssə və ölüm söhbəti arada olmasın. Bayram günü hamı təzə paltar geyib, görüş üçün bir-birilərini evinə gedərlər. Uşaqlara hər yerdə pul, rəngli yumurta və sairə kimi bayramlıqlar verilər.

Tayfa əhalisi /kişilər və oğlanlar / bir yerə yığışıb, birlikdə tayfa evlərinə gedib, bayramı təbrik edərlər. Hər evdə şirni, quru yemişlər, plov, halva, qızılgül mürəbbəsi və sairə yeməlilər qabağa qoyular. Ev sahibi gələnlər üçün nar, alma və boyalı yumurtadan-zaddan verər və bu bayramlıqlar bir nəfərin vasitəsilə kisəyə tökülər. Beləliklə, hamı evləri gəzəndən sonra axırıncı evdə bayramlıqları arada paylarlar. əlbəttə, payın çoxunu uşaqlara verərlər.

İl təhvil olanda hamı çalışar ki, öz evində və ailəsinin yanında olsun. Bayramın ilk dörd günü o ilin dörd fəslinin nümunəsi kimi nəzərdə tutular, onların üzü ilə gələn fəsillər barəsində qəzavət olunar. Bayram günləri “sizdəh” /13/ gününə qədər böyüklü-uşaqlı küçələrdə /arvadlar həyətlərdə / cürbəcür oyunlar oynarlar. Böyüklər badam ilə “təkmə cüt” /tək ya cüt / oynarlar. Bu oynanılan badamların sayı çox olduğuna görə ovucda gətirmək əvəzində yerdə bir miqdar ayırıb əli altında saxlayaraq, hərifdən tək və ya cüt dediyini soruşar, sonra bir dəfə badamları cüt-cüt sayıb udub-uduzanı təyin edərlər. Ondan sonra əgər badam sahibi uduzmuş olsa, badamları yericə hərifə verər. Əgər udmuş olsa, bir dəfədə sayılıb və onun bərabərini hərifdən alar. Badam sayı əl-əl sayılar və hər əl də beş dənədir, məsələn, 42 dənə olsa, bu hesabla səkkiz əl və bir cüt olar.

Kişilər küçələrdə pullu aşıq qumarı və yumurta döyüşdürmək və ya “damı” oyunu və uşaqlar aşıq sovurmaq və cızıq oynarlar. Arvadlar da “löpik mıncıq və möşdaş /beşdaş / oyunu kimin oyunlarla məşğul olarlar.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin