Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə12/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   8   9   10   11   12   13   14   15   ...   55
NOVRUZ VƏ HIDIRELLEZ
Əski türk mövsüm mərasimlərindən biri də Hıdırellez bayramıdır. Bu mərasim hər il yazda, may ayının beşindən altısına keçən gecə keçirilir. Novruza bənzər xüsusiyyətləri vardır. Eyni zamnda digər yürk xalqlarında müşahidə etdiyimiz mövsüm mərasimləri ilə ortaq cəhətləri də kifayət qədərdir. Türk və islam mifologiyasında xüsusi bir yeri olan Xızır obrazı özündə əski ritual və inancların izlərini saxlamışdır. Qışın bitib baharın gəlməsi mövsüm mərasimi olaraq qeyd edilməkdədir. Burada Xızır baharı simvolizə edir.Bu bayramda insanlar müxtəlif törənlər təşkil edər, müxtəlif ayinlər icra edərlər. İslam inancına görə Xızır haqq vergisi almış şəxsiyyətdir.Tanrı tərəfindən müsəlmanlığı qorumaq vəzifəsi verilmişdir. İstənilən zaman zühur edə bilən mübarək bir şəxsiyyətdir.Rəvayətə görə Xızır ilə İlyas qardaş və ya dostdur. Xızırın ab-I həyat suyu içərək ölümsüzlük qazanması söylənilir.Əsas vəzifəsi darda qalanlara yardım etmək, yaxşılıq etmək, təbiətin yaşıllanmasını təmin etmək, bolluq, bərəkət, qismət və sağlamlıq verən bir vəlidir, kəramət sahibidir. Xidirellez bayramının da əsas xarakterini bu xüsusiyyətlər müəyyənləşdirir. Xızır ənənəsində mərasimlərin keçirildiyi günə ümumi olaraq Ruzi-Xızır və ya Hıdırellez adı verilmişdir. Ruzi-Xızır və Ruz-I Qasım deyə iki mövsümə ayıran təqvim məlumatları Ruz-I Xızırı yaz mövsümünün başlanğıcı sayıb 6 maydan 8 noyabra qədər davam edən müddəti 186 günlük bir dövrü əhatə etdiyi bildirilir. Rumi 23 aprelə təsadüf edən bu tarix indi də işlətdiyimiz Miladi təqvimlə 6 maya uyğun gəlir. İlin 9 noyabrdan 5 maya qədər olan hissəsi isə Ruz-I Qasım isə qış mövsümünü bildirir.179 gün olan bu dönəmə Qasım günləri də deyilir.

Xıdırellez hazırlıqlarına bir həftə öncədən başlanılır. Evlərdə təmizlik işləri görülür, yeməklər hazırlanır. Hər kənddə Xıdırellez şənliklərinin keçirildiyi məlum bir yer olur. Bu yerin suyu, ağacı olan geniş bir yer olması lazımdır.Əsasən böyük ağaclar, müqəddəs sayılan bulaq başı seçilir. Xıdırellez günü oğlaqlar, quzular kəsilir. Bayramdan bir gün öncə sağmal heyvanı olmayan ailələrə süd paylanır. Xüsusilə, süddən börək və sütlaç hazırlanır. Hazırlanan yeməklərin çoxu xəmir yeməkləri olur. Bunlara börək, yumurta, peksimet, pogaça, kolaç, kalburüstü aiddir. Eyni zamanda qarğıdalı bişirilir, noxudlu çörək hazırlanır. Xıdıellezden bir gün əvvəl axşam kənddə olanlar Xıdırellezə çağırılır. Bu bayramın da Novruz kimi bir sıra mərasimləri, inancları və oyunları vardır. Ayrıca olaraq, fevral ayının ortalarında Anadolu ələviləri Xızır cəmi mərasimi keçirirlər. Naxçıvanda fevral ayında Xıdır (və ya Xıdır nəbi) bayaramı keçirilir. Xıdır bayramında əsasən un məhsullarından xəmir xörəkləri hazırlanır. Xıdır bayramında Xıdır nəbini çağırmaq mərasimi də keçirilir.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin