Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari


Tuvalılarda yeni il bayramı “Şaqaa



Yüklə 0,6 Mb.
səhifə19/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
Tuvalılarda yeni il bayramı “Şaqaa”dır. Bu buryatların “Şaqaalqan” bayramına bənzərdir. Şaqaa yeni ayın göründüyü ilk gün başlanır. Şaqaa Çin yeni ili ilə uyğun gəlmir. Məsələn, yeni il Çində 2009-cu il yanvarın 26- da girirsə, Şaqa yalnız fevralın 25-də girirdi. Tibet və monqol təqvimlərində olduğu kimi Tuvada da yeni il fevral-mart aylarında girir.Tuvalılar Şaqaa bayramlarında “San saları” ritualı keçirirlər. Bu qədim ritual od kultu ilə bağlıdır.Ritual milli parkda Kaa-Xem çayının sahilində keçirilir. Burada ritual tonqalı qalanır və Günəşin ilk şəfəqləri görünəndə yandırılır. Şamanlar yeni ildə Günəşi salamlayırlar. Qamlama davul sədaları və alqış səsləri altında icra edilir.Ritualın vacib elementi Günəşin kiçik qardaşı olan “Od”a qurban verilməsidir.Ənənəyə görə tonqala ətin ən yaxşı tikələri və öncədən hazırlanmış şirniyyat qoyulur. “San” qurban tonqalını yandırmağa yalnız kişilər və 9 yaşından yuxarı oğlanblar gedə bilərlər.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin