Qafqaz xalqlarında, məsələn, osetin, abxaz, çerkes, svan, xevsurlarda icma dövründən qalma arxaik ritual elementləri müşahidə olunmaqdadır. Bu xalqlarda mayda və ya iyunda bazar günü əkinçilklə bağlı mərasim keçirilir. Bu mərasimdə heyvan qurbanı (qoyun və ya inək) kəsilir, şərab içilir. Sonra məhsuldarlıqla bağlı dua edilir.Məsələn, duanın mətni təxminən belə olur: “Ey uca göylərin Tanrısı, bizə yazığın gəlsin və bizə öz rəhmini göndər; torpaqlarımıza məhsuldarlıq ver ki, biz arvad-uşağımızla aclıqda və soyuqda qalmayaq, dərd çəkməyək...”(İnal -İpa Ş. Abxaztsı, istoriko-etnoqrafiçeskie oçerki. Suxumi, 1960, s.367)(17,372).
Dostları ilə paylaş: |