Ata deyimləri:
Od imandandır.
Od qalar köz olar, qız qalar söz olar.
Od qalayıb oda düşmüşük.
Odla zarafat eyləyən ağlar qalar.
Od yanar yerdən tüstü çıxar.
Od olan özünü yandırar.
Od eyləyəni fələk eyləyə bilməz.
Oda pənah aparanın ocağı sönməz(62,21).
İnanclar:
Od çərşənbəsində ocaqdan od verməzlər.
Od çərşənbəsində ağlayan ağacı kəsən sonsuz qalar.
Od çərşənbəsində ocağı boş qoymazlar.
Od girsli olarsa uzaqdan qonağın gələcək.
Ocağa yanaşanda salam verərlər.
Odun gecə hirs eləməsi yaxşı əlamət deyil.
Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər. Odun ailədə bir körpə dünyaya gətirəvəyinə inanırlar(62,22).
Dostları ilə paylaş: |