Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari


Şimali Amerika hindularında



Yüklə 0,6 Mb.
səhifə28/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   24   25   26   27   28   29   30   31   ...   55
Şimali Amerika hindularında, adətən, qarğıdalı və digər mədəni bitkilər “mais anası”, “bizim həyatımız”, “üç bacı” şəklində təcəssüm etdirilir(17,366).

Avropa kəndlilərində taxıl sahəsinin hami ruhları xalq inanclarında və əkinçilk adətlərində öz təcəssümünü tapır. Məsələn: çörək qız, buğda adam, çörək ana və s. (17,366).

V.Vundt belə “məhsuldarlıq demonları”na böyük əhəmiyyət vermişdir. O bunları “daxili məhsuldarlıq demonları” (torpaqda, bitkidə, meyvədə) və “xarici məhsuldarlıq demonları” (hava ruhu, yağış ruhu, günəş ruhu və məhsula təsir edən digər təbii qüvvələr) olaraq iki yerə ayırmışdır (Vundt V. Mif i reliqiya. S. 357-367). Bu məsələyə C. Frezer də geniş yer vermiş və “Qızıl budaq” əsərində bitki ruhunun belə təcəssümünü ölüb - dirilən tanrı mifi ilə əlaqələndirmişdir (Frezer D. Zolotaya vetv. Ql. XXIX-XLIII). Bunlara qədim şərq kultları əsasında qoruyan və dirilən tanrılar-Osiris, Tammuz, Adonis, yunan-frakiya əsaslı Dionis və başqaları aiddir ki, onların da əsasında insan qurbanı verməklə insanın istehsal gücünü tarlaya, bağa ötürmək məqsədi daşıyan araxaik ritual durur. Bu arxaik ritualdan gələn şərq mənşəli məhsuldarlıq tanrısına aid element əhəmiyyətli dərəcədə İisus Xristos obrazına köçürülmüşdür(17,367). Türk xalq inanclarında bu tipli obraz Xızırdır. Xızırın əbədi olaraq hami ruh kimi mövcud olamsı və hər yerdə zühur edə bilməsi təsəvvürləri geniş yayılmışdır. Türk mövsüm mərasimlərindən biri də Xidir-İlyas və ya Hıdırellezdir.

Əlbəttə, qeyd etmək lazımdır ki, təkcə İisus Xristos obrazı deyil, eyni zamanda şərq və antik mənşəli Osiris, Adonis, Dionis və digər obrazlar öz mənşəyinə görə kifayət qədər mürəkkəbdir və onların tərkibindəki bitkiləri təcəssüm etdirən “əkinçilik” elementi onların yalnız (bəzən çox, bəzən də az) bir hissəsini təşkil edir. Onların ümumi çəkisini müəyyənləşdirmək üçün politeist panteonda hər bir personajın ayrıca təhlili aparılmalı və onun tərkib elementləri aşkarlanmalıdır(17,367).




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin