Ağayev Samir


İslam Maliyyə İnstitutları və İslam Maliyyə alətlərinin reytinqlərinin qiymətləndirilməsi üçün spesifik yanaşmaların çatışmazlığı



Yüklə 1,34 Mb.
səhifə100/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   96   97   98   99   100   101   102   103   ...   162
1.12 İslam Maliyyə İnstitutları və İslam Maliyyə alətlərinin reytinqlərinin qiymətləndirilməsi üçün spesifik yanaşmaların çatışmazlığı
İslam Maliyyə İnstitutlarının və İslam Banklarının fəaliyyəti spesifikdir və ənənəvi maliyyə institutlarının fəaliyyətindən fərqlənir. Eyni zamanda İslam Maliyyə alətləri də ənənəvi maliyyə alətlərindən fərqlənir. Bu fərqlilik və spesifiklik İslam Maliyyə alətlərinin reytinqlərinin və risklərinin ölçülməsi və qiymətləndirilməsi zamanı beynəlxalq reytinq agentliklərindən xüsusi yanaşmalar tələb edir. Həm qərbdə, həm də şərqdə bu fikirdə olanlar kifayət qədərdir. Onlar iddia edir ki, İslam Maliyyə alətlərinin spesifikliyi səbəbindən, bu alətlərin reytinqlərinin və risklərinin qiymətləndirilməsi zamanı istifadə olunan ənənəvi yanaşmalar, qiymətləndirilmiş reytinqlərin yanlış olması ilə nəticələnə bilər ki, bu da öz növbəsində investorları çaşdıra bilər. Ona görə də beynəlxalq reytinq agentliklərindən bu tip maliyyə alətlərinin spesifikasını daha dəqiq öyrənmək və qiymətləndirmə zamanı xüsusi yanaşma tətbiq etmək tələb olunur.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin