Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə101/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   97   98   99   100   101   102   103   104   ...   162
1.13 Ərəb Baharı
Ərəb ölkələrində baş verən siyasi proseslər öz növbəsində İslam Maliyyə Sisteminə müəyyən qədər əngəllər yarada bilər. Hər halda bəzi qərb analitikləri belə düşünür. Qərb ekspertlərinin fikrinə görə xüsusilə “ərəb baharı” adlanan çevrilişlər seriyası ümumi planda İslam Maliyyə Sisteminin qlobal artımlarını məhdudlaşdıra bilər. Misirdə baş verən hakimiyyət dəyişiklikləri, Bəhreyn kimi körfəz ölkələrində vaxtaşırı üsyanlar və üsyanlara cəhd, xüsusilə də Suriyada davam edən vətəndaş müharibəsi İslam Maliyyə İnstitutları üçün heç də arzuolunan hal deyil.

Sudanda baş verənlər isə daha da arzuolunmaz hal kimi qələmə verilir. Sudan Cənubi və Şimali Sudan olaraq iki dövlətə parçalanıb. Cənubi Sudan neftlə zəngindir və İslam Maliyyə Sistemini qəbul etmir. Şimali Sudan isə yalnız İslam Maliyyə Sisteminə icazə verir. Sudanın parçalanması Şimali Sudanın timsalında Birbaşa İnvestisiyaların, Ümumi Daxili Məhsulun azalması ilə İslam Maliyyə Sisteminin inkişafına və onun ayrı – ayrı sektorlarına öz mənfi təsirini göstərəcək.



Lakin, bütün bunlarla yanaşı İslam Maliyyə Sisteminin müdafiəçiləri bu siyasi prosesləri İslam Maliyyə İnstitutları və İslam Bankları üçün ciddi təhlükə olaraq görmürlər.

Yekun
İslam Maliyyəsi üzrə nüfuzlu alimlər və ekspertlər qeyd edir ki, İslam Maliyyə Sisteminin qarşısında duran maneələri aşmaq üçün yollar axtarılmalı və mümkün olan hər bir tədbir görülməlidir. Lakin, bu yollar qeyri müsəlmanları cəlb etməyin və ənənəvi maliyyə institutları ilə rəqabətə davam gətirməyin xətrinə, nəyin bahasına olursa olsun, mütləq ənənəvi maliyyə sistemində mövcud olan maliyyə alətlərinin hər birinə İslami alternativ yaratmaq üçün bir neçə alimin fətvasına əsasən yalnız statusda İslamlaşdırılmış maliyyə alətlərinin təklif edilməsi kimi şəriətə zidd olmamalıdır. Müsəlmanların inancına görə bu hal birinci növbədə onların axirəti üçün, həm də şəriətə müvafiqliyi ixtilaflı olan maliyyə alətlərindən istifadədən imtina edən dindar təbəqənin müştərilərini itirməklə İslam Maliyyə Sistemi üçün pis nəticələr verə bilər.



  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin