2.3 İcara
Şəriətin tələblərinə görə İslam Lizinqi (icara) kontraktları maliyyə lizinqi kimi uçota alına bilməzlər. Ona görə də İslam Maliyyə ekspertlərinin fikrincə icarəyə verilmiş aktiv, müştərinin kitablarında deyil, bankın maliyyə hesabatlarında əks olunmalıdır və amortizasiya olunmalıdır. Bundan başqa, İslam Maliyyə İnstitutlarının istifadə etdiyi İcarada, bir müqavilə ilə icarə müddətinin sonunda aktivin avtomatik olaraq lizinq alanın mülkiyyətinə keçməsinə də icazə verilmir. Bunun üçün bank ayrıca satış müqaviləsi bağlamalıdır. Məhz AAOIFI da icarəyə verilmiş aktivin bankın maliyyə vəziyyəti haqqında hesabatında (balans hesabatında) əks etdirilməli olduğunu müəyyənləşdirib. Bütün bu məqamlar IAS 17 Lease ilə ziddiyyət təşkil edir.
Ənənəvi maliyyədə isə icarəyə verilmiş aktiv lizinq alanın kitablarında qeyd olunur. Lizinq verən isə bu aktivi balans hesabatında yalnız receivables asset (debitorlar) kimi təsdiqləyir. Çünki IAS 17 Lease, lizinqi maliyyə və operativ lizinq olaraq ayırır və maliyyə lizinqi halında bütün risk və mükafatların lizinq alana transfer olunduğunu müəyyənləşdirir.
Dostları ilə paylaş: |