Ağayev Samir


Hissəli ödənişlə satış (Deferred Payment)



Yüklə 1,34 Mb.
səhifə106/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   102   103   104   105   106   107   108   109   ...   162
2.4 Hissəli ödənişlə satış (Deferred Payment)
IAS 18 Revenue standartı hissəli ödənişlə olan kredit satışının mənfəətinin bir hissəsini effektiv faiz dərəcəsi metodu ilə faiz mənfəəti kimi təsdiqləməyi tələb edir. Amma İslam Maliyyəsində, Murabaha zamanı, satıcının mənfəəti ticarət mənfəəti və faiz mənfəəti kimi təsnifləşdirilə bilməz. AAOIFI FAS (Financial Accounting Standard) 2 standartında da bu öz əksini tapır. AAOIFI, Murabaha mənfəətini kredit müddətinə proporsional paylaşdırmağı tələb edir. İndoneziyada verilən fətva da məhz belə tələb edir.

Maraqlıdır ki, IFRS – in müdafiəçiləri iddia edirlər ki, faizin tətbiqi qadağan olsa da, maliyyə hesabatlarında maliyyələşmə effekti kimi göstərilməsi maliyyə hesabatlarının istifadəçilərini faydalandırır və buna görə də belə bir praktika əməliyyatın şəriətə müvafiqliyini şübhə altına almır.


2.5 Zəkat
Həmçinin, IFRSdə zəkata dair standartın olmaması da bu standartların İslam Maliyyə İnstitutları üçün tamamilə tətbiqini mümkünsüz edir. AAOIFI spesifik olaraq İslam Maliyyə İnstitutları üçün Zəkat məsələlərinə dair Maliyyə Uçotu Standartı hazırlayıb. Standart 1999 – cu il Yanvar ayından qüvvədədir. Bu standarta görə ödənilməmiş Zəkat İslam Maliyyə İnstitutlarının Maliyyə Vəziyyəti Haqqında hesabatlarında (yəni balans hesabatında) öhdəlik kimi əks olunmalıdır. Bundan əlavə standart Zəkatın mənbələri və istifadəsi haqqında əlavə hesabatı da təqdim etməyi tələb edir. Standartın 2 – ci paraqrafı təqvimdən asılı olaraq Zəkat üçün iki dərəcə müəyyənləşdirib. İslami təqvimi istifadə edən institutlar üçün bu 2.5 % - dirsə, miladi təqvim istifadə edən institutlar üçün bu göstərici 2.5775 % - dir. Çünki, məlumdur ki, miladi təqvim İslami təqvimdən təqribən 10 uzundur.

Standart, Zəkatın ölçülməsinin iki metodunu müəyyənləşdirir. Birinci metod xalis cari aktivlər (net current assets) adlanır. Bu metod cari aktivlərdən cari öhdəlikləri çıxmaqla hesablanılır. Bu zaman uzunmüddətli aktivlər (fixed assets), qeyri – maddi aktivlər (intangibles) və uzunmüddətli investisiyalar (long – term investments) nəzərə alınmamalıdır. İkinci metod isə invested funds (net owner equity) adlanır. Burada zəkata cəlb olunan məbləğ, səhmdar kapitalından uzunmüddətli aktivləri və uzunmüddətli investisiyaları çıxmaqla hesablanılır.

İddia edilir ki, IFRS – in zəkatla bağlı əhatə edə bilmədiyi əsas məqamlardan da biri odur ki, korporativ zəkat cari aktivlərin (əsasən ehtiyatların) cari dəyərinə (fair value) əsaslanır. Halbu ki, “IAS 2 İnventories” standartında bu məlumat təqdim edilməyə bilər. Çünki, “IAS 2 İnventories” əsasən ehtiyatları maliyyə hesabatlarında FIFO və ya orta çəkili göstərici ilə təqdim etməyi tövsiyyə edir. Zəkatın məcburi olduğu Səudiyyə Ərəbistanında isə korporativ zəkat vergi qanunvericiliyi ilə tənzimlənir və ehtiyatların cari bazar qiymətləri əsas götürülür.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin