Ağayev Samir


IV BÖLMƏ. Dünya Ölkələrində İslam Maliyyə Xidmətləri



Yüklə 1,34 Mb.
səhifə108/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   104   105   106   107   108   109   110   111   ...   162
IV BÖLMƏ. Dünya Ölkələrində İslam Maliyyə Xidmətləri

Fəsil 4. Ayrı – ayrı ölkələrdə İslam Maliyyə İnstitutlarının fəaliyyəti


  1. İslam ölkələrində İslam Maliyyə İnstitutlarının fəaliyyəti


Təqdimat
İslam Maliyyə İnstitutlarının və İslam Maliyyə xidmətlərinin əhatə dairəsi o qədər genişlənib ki, demək olar bütün İslam ölkələrində bu və ya digər formada, az və ya çox, İslam Maliyyə xidmətləri mövcuddur. Bu paraqrafda, seçilmiş İslam ölkələrində İslam Maliyyə İnstitutları və İslam Maliyyə xidmətlərinin mövcudluğu barədə məlumatlar veriləcək. Bu zaman hər bir ölkənin sahə ilə bağlı qanunvericilik bazasının olub – olmaması və ya nə dərəcədə effektli olması və ölkə üzrə müəyyən statistik rəqəmlərin təqdim olunması əsas olaraq götürülüb. Bəzi ölkələr haqqında daha çox və daha detallı məlumatlar verildiyi halda, bəziləri haqqında daha qısa və ümumi məlumat veriləcək. Bu bir tərəfdən müəyyən mənada həmin ölkələr haqqında məlumatların (məsələn banklar haqqında qanunun) əldə olunmasının çətinliyi ilə əlaqəli olsa da, digər tərəfdən ən vacib olan parlaq nümunələrin daha geniş işıqlandırılması istəyi ilə bağlıdır.

Hal – hazırda əksər İslam ölkələri şəriət qaydaları ilə yox, dünyəvi – hüquqi prinsiplərlə idarə olunur. Ona görə bu paraqrafda İslam ölkələri dedikdə əhalisinin yarısından çoxu müsəlman olan ölkələr nəzərdə tutulur.

Mövzuya keçməmişdən əvvəl növbəti səhifədə qlobal İslam Maliyyə aktivlərinin ölkələr üzrə payının əks olunduğu illik hesabat cədvəli təqdim olunub.

Qlobal İslam Maliyyə Aktivlərinin ayrı - ayrı ölkələr üzrə payı1

Dünyada tutduğu yer

Ölkənin adı

Aktivlərin həcmi, mlrd dollar

1

İran

388

2

S. Ərəbistanı

151

3

Malaziya

133.4

4

BƏƏ

94.1

5

Küveyt

79.7

6

Bəhreyn

57.9

7

Qətər

52.3

8

Türkiyə

28

9

Birləşmiş Krallıq

19

10

Sudan

12.1

11

Banqladeş

11.7

12

İndoneziya

10.5

13

Suriya

8.7

14

Misir

7.9

15

İsveçrə

6.6

16

İordaniya

5.9

17

Pakistan

5.7

18

Bruney

3.8


1.1 Oman
2011 – ci ilə qədər Oman ərəb liqası dövlətləri arasında İslam Maliyyə İnstitutlarının fəaliyyətinə icazə verməyən yeganə dövlət idi. Oman 2011 – ci ilin May ayında ölkədə İslam Banklarının yaradılmasına və fəaliyyətinə icazə verdi. Ernst & Young-ın World Islamic Banking Competitiveness Report 2011-12 hesabatına görə Oman artıq 2 banka (Bank Nizwa və Bank Izz) İslam Bankçılığı lisenziyası verib. Proqnozlara görə 2016 – cı ilə qədər İslam Bankçılığı aktivləri ölkənin ümumi bank sistemində 10% pay əldə edəcək.

İslam Banklarının fəaliyyətini tənzimləyən qanunvericilik bazası ənənəvi banklara da İslam Maliyyə xidmətləri göstərməyə imkan verəcək. Lakin, bu zaman ənənəvi banklardan İslam Maliyyə xidmətləri göstərilməsi zamanı ayrıca filialın açılması, vəsaitlərin qarışmaması və şəffaflığı ciddi şəkildə tələb olunur.

Omanın İslam Bankçılıq praktikasının ən fərqləndirici xüsusiyyətlərindən də biri o olacaq ki, ərəb liqası dövlətlərindən fərqli olaraq burada Tavarruqa qanunla qadağa qoyulacaq. Çünki, bu alətin şəriətə müvafiq olmadığı iddia edilir və Omanın müvafiq orqanları da alimlərin bu rəyini nəzərə alaraq Tavarruqu məhdudlaşdırır. Omanın bu addımı ekspertlər tərəfindən şəriət nöqteyi nəzərindən daha məqbul hesab edilir.

1.2 Qətər
The Institute of International Finance təşkilatının 2012 – ci ilin oktyabr ayında verdiyi məlumata görə Qətərdə İslam Bankçılıq aktivləri 35 mlrd dollardır və ümumi bank aktivləri bazarının 19.3% - i təşkil edir. The Banker jurnalının 2010 – cu ilə olan hesabatına əsasən Qətərdə İslam Maliyyə Sisteminin ümumi həcmi 52.3 mlrd dollardır və bu, dünyada 7 – ci ən yaxşı göstəricidir. Zawya Sukuk 2011 Hesabatına əsasən Qətər 9.3 mlrd dollarlıq Sukuk emisiyasının həcminə görə dünyada Malaziyadan sonra 2 – ci pillədə qərarlaşıb.

Qətər 2011 – ci ilin Fevral ayında ölkədəki ənənəvi bankların İslam pəncərəsi yaradaraq şəriətə müvafiq maliyyə xidmətləri göstərməyi qadağan etdi. Bu öz növbəsində İslam Banklarına bazar paylarını artırmağa imkan verəcək.

Qətər həmçinin AAOIFI standartlarını rəsmi şəkildə qəbul edib və bu standartların tətbiqi İslam Maliyyə İnstitutları üçün məcburi xarakter daşıyır.

1.3 Bəhreyn
The Institute of International Finance təşkilatının 2012 – ci ilin oktyabr ayında verdiyi məlumata görə Bəhreyndə İslam Bankçılığının aktivləri 38 mlrd dollardır. İslam Banklarının aktivləri ümumi bank aktivlərinin 34.3 % - i təşkil edir. The Banker jurnalının 2010 – cu ilə olan hesabatına əsasən Bəhreyndə İslam Maliyyə Sisteminin ümumi həcmi 58 mlrd dollardır və bu, dünyada 6 – cı ən yaxşı göstəricidir. Bəhreyn 2.6 mlrd dollarlıq göstərici ilə Sukuk emisiyasının həcminə görə dünyada 6 – cı pillədə qərarlaşıb1.

Bəhreyn bugün İslam Maliyyə Sistemi sahəsində Accounting and Auditing Organization for Islamic Financial Institutions (AAOIFI), International Islamic Rating Agency (IIRA), International Islamic Financial Market (IIFM) və Islamic Liquidity Management Center (ILMC) kimi ən önəmli və nüfüzlu təşkilatların mərkəzi mənzil qərargahına çevrilib. Qətər kimi Bəhreyndə də AAOIFI standartları tətbiq olunur və məcburi xarakter daşıyır.

Ölkənin İslam Banklarına aşağıdakıları misal göstərmək olar:
Bahrain Islamic Bank

Al Salam Bank

Khaleeji Bank

Shamil Bank

Al Baraka Bank
1.4 Pakistan
Pakistanın əhalisinin təxminən 96%-i müsəlmandır. Pakistanda İslam Bankçılığı dini tələbin yaranması ilə təşəkkül tapmağa başladı. İqtisadiyyatdan və maliyyə sistemindən faizin yığışdırılması cəhdləri 1970 – ci illərdən başlasa da, praktiki addımlar 1980 – ci illərdən etibarən atılıb. 1980 – ci ildə Pakistan bütün iqtisadiyyatının və maliyyə sisteminin tam İslamlaşdırıldığı mərhələyə keçdi.

Pakistan hüquqi olaraq tam İslamlaşmış maliyyə sisteminə malik olsa da, çox maraqlıdır ki, hələ də ölkədə ənənəvi banklar fəaliyyət göstərir və üstünlük təşkil edir. Ölkənin ümumi bank sistemində İslam Bankçılığının payı təxminən 10% - dir. Pakistanın tam İslami hüquqi çərçivəyə malik olmasına rəğmən hələ də ölkədə ənənəvi bankların və faizin kənarlaşdırıla bilməməsinin səbəbi kimi İslam Maliyyə Sisteminə tədrici keçidin olması göstərilir. Hal – hazırda ölkədə 6 tam İslamlaşmış bank var və 20 ənənəvi bank da ayrıca filiallar vasitəsilə İslam maliyyəsi xidmətləri göstərir. Pakistanın tam İslamlaşmış 6 bankı aşağıdakılardır:


1 Meezan Bank

Ölkədə ilk İslam Bankçılığı lisenziyası 2002 – ci ildə Pakistan Mərkəzi Bankı tərəfindən məhz Meezan Banka verilib. Bankın səhmdarlarının siyahısında İslam İnkişaf Bankı, Shamil Bank of Bahrain və Pak Küveyt İnvestisiya Şirkəti kimi qurumlar da var.


2 AlBaraka Islamic Bank B.S.C.

Bank Bəhreynin eyni adlı bankının filialıdır və ölkədə 1991 – ci ildən fəaliyyət göstərir.


3 BankIslami Pakistan Limited

Bank fəaliyyətə 2006 – cı ildə başlayıb. Bankın filiallarının təxminən 30% - i kənd ərazilərindədir.


4 Dubai Islamic Bank Pakistan Limited (DIB)

Bankın yeganə sahibi Birləşmiş Ərəb Əmirliklərinin Dubai Islamic Group – udur və 2006 – cı ildə fəaliyyətə başlayıb.


5 Dawood Islamic Bank Limited

Bank 2007 – ci ildə fəaliyyətə başlayıb.


6 Emirates Global Islamic Bank Limited

Bank 2007 – ci ildə fəaliyyətə başlayıb.


2010 – cu ildə Pakistanda ümumi İslam Maliyyəsi aktivlərinin həcmi 5.7 mlrd dollar qiymətləndirilib.1 Pakistan 1.9 mlrd dollarlıq Sukuk emisiyası həcmilə dünyada 7 – ci pillədə qərarlaşıb.2
1.5 Banqladeş
Əhalisinin 90% - i müsəlmandır. Banqladeşdə hal – hazırda 7 İslam bankı fəaliyyət göstərir. Bu bankların filiallarının sayı 615, cəmi depozitlərinin həcmi isə 66.35 mlrd dollardır. Sahənin inkişaf tempi illik olaraq 10 – 12% -dir. 2011 – ci ildə İslam Banklarının artıq nəğd vəsaitləri 650 mln dollar təşkil etdiyi halda, ənənəvi banklar böyük likvidlik problemləri ilə üzbəüz qalmışdı.

Banqladeşdə ümumi İslam Maliyyəsi aktivlərinin həcmi 11.7 mlrd dollar təşkil edir. Banqladeşin İslam Banklarının aktivlərinin ümumi bank sistemindəki payı 70% - a yaxındır.3

Banqladeşdə fəaliyyət göstərən əsas İslam Bankları aşağıdakılardır:


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin