Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə11/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   7   8   9   10   11   12   13   14   ...   162
1.2 Şəriətin Əsas Mənbələri
Şəriətin əsas mənbələri aşağıdakılardır:

1 Quran


2 Sünnə

3 İcma


4 İctihad

Quran Allahın sözüdür və vəhy vasitəsilə Muhamməd peyğəmbərə (ona və ailəsinə Allahın salamı olsun) çatdırılıb. Quran İslamın konstitusiyasıdır və şəriət qaydalarının əsaslarını özündə birləşdirib. Müxtəlif hesablamalara görə Quranın təxminən 500 ayəsi sırf hüquqi məsələlər haqqındadır. Buraya faiz, qumar, cinayət və cəza, girov, mülkiyyət hüququ, ticarət, müharibə və sülhlə bağlı məsələlər, sosial ədalət, evlilik və s. kimi hüquqi məsələlər aiddir.

Bununla belə Quran şəriətin bütün sahələrini tam təfsilatı ilə şərh etmir və şərh etmək vəzifəsini peyğəmbərə (ona və ailəsinə Allahın salamı olsun) həvalə edir.



Sünnə Muhamməd peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) şəriət adına etdikləri və dedikləridir. Yuxarıda da qeyd edildiyi kimi, Quranı şərh etmək və Quranla əhatə olunmayan məsələləri insanlara çatdırmaq vəzifəsi (öhdəliyi) Allah tərəfindən peyğəmbərə (ona və ailəsinə Allahın salamı olsun) əmr olunub. Eyni zamanda Allah insanlara Muhamməd peyğəmbərə (ona və ailəsinə Allahın salamı olsun) tabe olmağı əmr edib. Bu barədə Qurandakı ayələrə nəzər salaq:

Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir. (əl – Həşr 7)

(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (Ali İmran 31, 32)


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin