Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə111/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   107   108   109   110   111   112   113   114   ...   162
1.8 Küveyt
Küveytdə İslam Maliyyə Xidmətləri təxminən 30 ildən çox təklif olunur. Ölkədə ilk İslam maliyyə institutu Küveyt Maliyyə Evidir. Küveyt Maliyyə Evi dünyada çox məşhur bir qurumdur və bu qurumun Türkiyə, Bəhreyn və Malaziya kimi ölkələrdə müxtəlif filialları və şərikli təsis etdiyi bankları var. Banklar haqqında mövcud qanuna düzəlişlər edildiyi 2003 – cü ilə qədər Küveyt Maliyyə Evi ölkədə İslam Maliyyəsi xidmətləri göstərən yeganə qurum idi. Qanuna düzəlişlərdən sonra isə bazarda yeni oyunçular peyda olmağa başladı. Qanun İslam Maliyyə İnstitutları üçün şəriət şurasının təsis edilməsini tələb edir. Şəriət şurasının üzvlərinin sayına qoyulan tələb isə 3 – dür.

Düzəlişlər edilmiş yeni qanuna görə Küveyt İslam Banklarının fəaliyyətinə ümumi qanunvericilik çərçivəsində icazə verir. Belə ki, Küveytin Mərkəzi Bank haqqında qanununun 86 – 100 – cü maddələri İslam Banklarının fəaliyyətini tənzimləyir. Bu maddələrdə həmçinin Mərkəzi Bankla İslam Bankları arasında münasibətlərin tənzimlənməsi də öz əksini tapıb. Qanunun 95 və 96 – cı maddələrində Mərkəzi Bankın İslam Banklarının fəaliyyətini tənzimlənməsi ilə əlaqəli aşağıdakılar əksini tapıb:



  • Mərkəzi Bank İslam Banklarını şəriətə müvafiq olan və Mərkəzi Bankın direktorlar şurasının müəyyənləşdirdiyi qaydalar çərçivəsində maliyyə alətləri vasitəsilə maliyyə vəsaitləri ilə təmin edir.

  • Mərkəzi Bank İslam Banklarına şəriətə müvafiq qiymətli kağızları satır və alır.

  • İnvestisiya prinsipləri üzrə qəbul olunmuş depozitlərin sahibləri isə investisiyada iştirak dərəcəsinə proporsional olaraq mənfəət və zərərin bölüşdürülməsində iştirak edir.

The Institute of International Finance təşkilatının 2012 – ci ilin oktyabr ayında verdiyi məlumata görə Küveytdə İslam Bankçılığının aktivləri 80 mlrd dollardır. İslam Banklarının aktivləri ümumi bank aktivlərinin 34.3 % - i təşkil edir.

2010 – cu ilə olan məlumata əsasən isə Küveytdə İslam Maliyyə Sisteminin ümumi həcmi 69 mlrd dollar idi və bu, dünyada 5 – ci ən yaxşı göstəricidir.1

Küveytin Mərkəzi Bankının 2011 – ci ilə olan məlumatına əsasən ölkədə 5 – i yerli olmaqla 6 İslam Bankı fəaliyyət göstərir. 1990 – cı illərin əvvəllərindən etibarən ölkədə İslam İnvestisiya şirkətləri də fəaliyyət göstərir və onların sayı 51 – dir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin