Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə112/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   108   109   110   111   112   113   114   115   ...   162
1.9 Malaziya
Malaziya İslam Maliyyə Sistemi sahəsində ən iri qlobal oyunçulardan biridir desək, yanılmarıq. Malaziya 1983 – cü ildə İslam Bankçılığı haqqında ayrıca qanun qəbul edib. Qanun İslam Banklarının fəaliyyətini A – dan Z – ə qədər tənzimləyir. Bu qanun altında ilk təsis edilən bank Bank İslam Malaysia Berhard oldu. Bank hal – hazırda dünyanın ən böyük və məşhur İslam Banklarından biridir.

Malaziya 1984 – cü ildə Takaful (İslam Sığorta Modeli) haqqında da ayrıca qanun qəbul edib. Həmçinin, Malaziya İslam Maliyyə Sisteminin inkişafı üçün hüquqi dəstək və vergi güzəştləri də tətbiq edir. Məsələn, 100% xarici kapitallı İslam Banklarının yaradılmasına icazə verilir.

Malaziyada 17 İslam Bankı var. Bundan başqa ölkədə 4 beynəlxalq İslam Bankı da fəaliyyət göstərir. Ənənəvi bankların İslam pəncərələri və filialları yaratması dövlət səviyyəsində dəstəklənir.1

The Banker jurnalının 2010 – cu ilə olan hesablamalarına görə Malaziyada İslam Bankçılığının ümumi bank sistemində payı təxminən 25% - dir.2 Malaziyada İslam Banklarının depozitləri sığortalanır.

Malaziyanın əhalisinin 61%-i müsəlmandır. Malaziya 133.4 mlrd dollarlıq göstərici ilə İslam Maliyyəsinin ümumi həcminə görə dünyada üçüncü pillədə qərarlaşıb.3 Sukuk emisiyasında isə Malaziya dünya lideridir. Malaziyada bu göstərici 58.1 mlrd dollardır.4 Malaziya həmçinin Takaful aktivlərinin ümumi həcminə görə də dünya lideridir. The Banker jurnalının hesablamalarına görə Malaziyada bu göstərici 2011 – ci ildə 9.9 mlrd dollar təşkil edib.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin