1.10 Livan
Livan əhalisinin təxminən 60% - i müsəlmandır. Lakin dövlət dünyəvi – hüquqi prinsiplər üzərində qurulub.
Livanda İslam Banklarının təsis edilməsi haqqında qanun 2004 – cü ildə qəbul edilib. Qanuna görə İslam Banklarının təsis edilməsi üçün mərkəzi bankın icazəsi lazımdır. Qanunun 6 – cı maddəsinə görə bankların (İslam Banklarının) investisiyalarının ən azı 50% - i Livana yatırılmalıdır. Qanunun 7 – ci maddəsi isə banklardan öz depozitorlarına investisiyaların nəticələri barədə müntəzəm olaraq məlumat verməyi tələb edir. Qanun həmçinin bankların 2 ildən çox daşınmaz əmlak saxlamaqlarına qadağa qoyur.
Livanın Mərkəzi Bankının qərarına görə İslam Bankları üçün minimal nizamnamə kapitalı 100 mln dollardır.
Livanda 5 Banka İslam Bankçılığı lisenziya verilib və onlardan 4 – ü fəaliyyətdədir.
AL-Baraka
Bəhreynin eyni adlı bankının bir hissəsidir, 1992 – ci ildə təsis edilib. Livanda təsis edilmiş ilk İslam Bankıdır. Bank ölkədə ilk İslam fondlarını (Al Ghali və Habat Al Baraka) və ilk Takaful şirkətini (Al Aman Banker’s Insurance Co) təsis edib.
Dostları ilə paylaş: |