Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə114/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   110   111   112   113   114   115   116   117   ...   162
Arab Finance House

2004 – cü ildə təsis edilib və ölkənin 2 – ci İslam Bankıdır.


Fəaliyyətdə olan digər İslam bankları isə bunlardır:
BLOM Development Bank

Lebanese Islamic Bank


Livanın ənənəvi bankları da müxtəlif İslam Maliyyə xidmətləri göstərir. Bu xidmətlər əsasən ərəb maliyyə institutları ilə bağlanan müqavilələrə əsaslanır.1

1.11 Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirlikləri 1985 – ci ildə İslam Maliyyə İnstitutları haqqında ayrıca qanun qəbul edib. Qanun İslam Maliyyə İnstitutlarının, o cümlədən İslam Banklarının fəaliyyətini tənzimləyir. The Institute of International Finance təşkilatının 2012 – ci ilin oktyabr ayında verdiyi məlumata görə Birləşmiş Ərəb Əmirliklərində İslam Bankçılığının aktivləri 80 mlrd dollardır. Bu, körfəz ölkələri arasında ikinci ən yaxşı göstəricidir. İslam Banklarının aktivləri isə ümumi bank aktivlərinin 14 % - i təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri İslam Maliyyə Sisteminin ümumi həcminə görə dünyada dördüncü pillədə qərarlaşıb. 2010 – cu ilə olan məlumata əsasən Birləşmiş Ərəb Əmirliklərində bu göstərici 94 mlrd dollardır.2 Birləşmiş Ərəb Əmirlikləri sukuk emisiyasının həcminə görə də dünya nəhənglərindən biridir. Birləşmiş Ərəb Əmirlikləri 9.3 mlrd dollarlıq sukuk emisiyası həcmilə dünyada Malaziyadan sonra 2 – ci pillədə qərarlaşıb.3 Birləşmiş Ərəb Əmirlikləri Takaful aktivlərinin həcminə görə isə dünyada 4 – cü pillədə qərarlaşıb. The Banker jurnalının 2011 – ci ilə olan hesablamalarına görə bu göstərici 1.5 mlrd dollardır.

Dünyada tarixində ilk kommersiya İslam Bankı məhz Birləşmiş Ərəb Əmirliklərində təsis edilib. Bu 1976 – cı ildə fəaliyyətə başlayan Dubai Islamic Bankdır. Dubay İslam Bankı daxili depozitlərin təxminən 8% - ə sahibdir. Bank 50 - ə yaxın filiallar şəbəkəsi ilə təxminən 900 000 (doqquz yüz min) fərdə xidmət edir. Ölkədə fəaliyyət göstərən digər İslam Banklarına aşağıdakıları misal göstərmək olar:


Abu Dhabi Islamic Bank

Emirates Islamic Bank

Shariah Islamic Bank


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin