Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə115/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   111   112   113   114   115   116   117   118   ...   162
1.12 Səudiyyə Ərəbistanı
The Institute of International Finance təşkilatının 2012 – ci ilin oktyabr ayında verdiyi məlumata görə Səudiyyə Ərəbistanında İslam Bankçılığının aktivləri 92 mlrd dollardır və körfəz ölkələri arasında ən yaxşı göstəricidir. İslam Banklarının aktivləri ümumi bank aktivlərinin 15.9 % - i təşkil edir. Səudiyyə Ərəbistanında 4 İslam kommersiya bankı fəaliyyət göstərir. Bunlar “Al Rajhi Bank”, “Bank Al Jazira”, “Alinma Bank” və “Bank Albilad”dır. “Al Rajhi Bank” həm də dünyanın ən böyük İslam Bankı hesab olunur. Bu bankın aktivləri 60 mlrd dollara yaxındır.

Səudiyyə Ərəbistanı İslam Maliyyə Sisteminin ümumi həcminə görə isə dünyada İrandan sonra ikinci pillədə qərarlaşır. Səudiyyə Ərəbistanında bu göstərici 138 mlrd dollardır.1 Ölkədə 2.8 mlrd dollar həcmində sukuk emisiya edilib və bu dünyada 5 – ci ən yaxşı göstəricidir.2 Takaful aktivlərinin həcminə görə isə Səudiyyə Ərəbistanı dünyada 3 – cü pillədə qərarlaşıb. The Banker jurnalının 2011 – ci il üçün hesablamalarına görə Səudiyyə Ərəbistanında bu göstərici 3.2 mlrd dollardır.

Səudiyyə Ərəbistanı şəriət dövlətidir. Əhalinin 97%-i müsəlmandır. Çox maraqlıdır ki, Səudiyyə Ərəbistanı şəriət dövləti olduğu halda, ölkədə İslam Bankları haqqında ayrıca qanun qəbul edilməyib. Ümumiyyətlə Səudiyyə Ərəbistanın banklar haqqında mövcud qanunu da bankları ənənəvi və İslami olaraq təsnifləşdirmir. Bütün bunlar isə konservativ din xadimləri və iqtisadçılar tərəfindən ciddi tənqid olunan məqamlardandır.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin