1.13 Sudan
Demək olar ki, Sudanda İslam Maliyyə İnstitutlarının tarixi praktiki olaraq 1977 – ci ildə Faisal Islamic Bankın təsis edilməsilə başlayıb. İslam Banklarının uğurlu fəaliyyəti nəticəsində Sudan 1990 – cı illərdən başlayaraq bütün maliyyə sisteminin İslami hüquqi çərçivəyə çevrildiyi mərhələyə keçdi. 2003 – cü ildə isə Banklar Haqqında Qanun qəbul edildi. Bu qanuna görə ölkədə yalnız şəriətə müvafiq İslam Banklarının təsis edilməsinə və fəaliyyət göstərməsinə icazə verilir. Bank təsis etmək üçün Mərkəzi Bankın xüsusi yazılı lisenziyası tələb olunur.
İslam Maliyyə Sistemi tarixində ilk Takaful da 1979 – cu ildə məhz Sudanda təsis edilib. Həmçinin Sudanın depozitlərinin sığortalanması mexanizmi də məhz Takaful üzərində qurulub.
Ölkədə fəaliyyət göstərən əsas İslam Bankları aşağıdakılardır:
Al Baraka Al Sudani, Khartoum
Al Shamal Islamic Bank
Al Tadamon Islamic Bank, Khartoum
Animal Resources Bank
Gharb Islamic Bank
Faisal Islamic Bank
Islamic Co – operative Development Bank, Khartoum
Sudanesee Islamic Bank
Sudanda İslam Maliyyəsinin ümumi aktivləri 12.1 mlrd dollardır və bu dünyada 10 – cu ən yaxşı göstəricidir.1
Analitiklər Sudanın 2 ayrı dövlətə parçalanmasını sahə üçün o qədər də yaxşı hal hesab etmirlər.
Dostları ilə paylaş: |