Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə118/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   114   115   116   117   118   119   120   121   ...   162
1.15 İndoneziya
İndoneziya ən böyük İslam ölkəsdidir. Əhalisinin sayı 205 milyondur və əhalinin 88% - i müsəlmandır. İndoneziyada İslam Maliyyəsinin cəmi aktivləri 10.5 mlrd dollardır.2 Sukuk emisiyasının həcmi 3.7 mlrd dollardır və bu göstərici ilə İndoneziya dünyada 4 – cü pillədə qərarlaşıb.3

2010 – cu ilin sonuna olan məlumatlara görə ölkədə 11 İslam Bankı fəaliyyət göstərir. İslam Bankçılığının ümumi bank sistemində payı 3.3% - dir. Ölkənin ilk İslam Bankı Bank Muamalatdır. Bank 1992 – ci ildə təsis edilib.

İndoneziya 2008 – ci ildə “Şəriət (İslam) Bankları” haqqında qanun qəbul edib. Bazarın əsas tənzimləyicisi İndoneziyanın Mərkəzi Bankıdır. Qanuna görə İslam Bankçılığı lisenziyası əldə etmiş banklar adlarının qarşısına “Şəriət” sözünü əlavə etməlidir. İslam maliyyəsi xidmətləri göstərmək üçün lisenziya almış ənənəvi banklar isə adlarının qarşısında “Şəriət Biznes Vahidi” söz birləşməsini əlavə etməlidir. Qanunda İslam Banklarının fəaliyyətinin əsas prinsipləri öz əksini tapıb. Göstərilir ki, İslam Bankları şəriətə müvafiq şəkildə wadi’ah adlanan cari hesab depozitləri (tələb depozitləri), mənfəət və zərərin bölüşdürülməsi (mudarabah) formasında investisiya depozitləri qəbul edə bilər. Həmçinin investisiya depozitlərini muşarakahmudarabah formasında şəriətə müvafiq formada investisiya edilməsi də qanunda öz əksini tapıb.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin