Ağayev Samir


Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!



Yüklə 1,34 Mb.
səhifə12/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   8   9   10   11   12   13   14   15   ...   162
Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız! (Ali İmran 132)

Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.( ən-Nisa 80)

Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir). (əl-Maidə 92)

De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.( ən-Nur 54)

İcma Quran və hədislərin şərhində və Quran və Sünnəyə istinadın mümkün olmadığı hallarda bütün İslam alimlərinin ittifaqıdır.

Qeyd etmək lazımdır ki, İslam Hüquq Sistemində Quran və Sünnənin açıq – aydın hökmləri Nas adlanır. Yəni hər hansı bir vəziyyətlə əlaqəli Quran və Sünnədən gətirilən dəlil Nasdır. Onu da qeyd etmək faydalı olardı ki, İslamda ən sağlam hökm mənbələri Nas (Quran və Sünnə) və İcmadır. İttifaqın olmadığı hallarda isə Cumhur rəy əsas dəlil kimi çıxış edir. Cumhur, icma kimi ittifaqa əsaslanmasa da, alimlərin böyük əksəriyyətinin rəyini əks etdirir.



İctihad (cəhd etmək mənasını verir) şəriət tərəfindən alimlərə verilən xüsusi bir səlahiyyətdir və Quran və Sünnəyə qiyas (müqayisə) vasitəsilə çıxarılan nəticədir, hökmdür. Bu zaman müraciət olunan alim hər hansı bir vəziyyətlə əlaqəli fətva da verə bilər. İslam dini alimlərə böyük önəm verib. Hətta Allah özü də aşağıdakı Quran ayələrində elm əhlini və alimləri digərlərindən fərqləndirir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin