The Islamic Bank of Britain (IBB) 5 filiala və təxminən 50000 müştəriyə malikdir. Bankın əsas səhmdarı Qatar International Islamic Bankdır.
Digər bir İslam Bankı olan The Bank of London and The Middle East (BLME) xəzinədarlıq və aktivlərin idarəedilməsi sahələrində İslam Maliyyəsi xidmətləri göstərir.
Gatehouse Bank isə kapital bazarları, daşınmaz əmlak bazarları və şəriət məsləhətləri xidmətləri sahələrində fəaliyyət göstərən investisiya bankıdır.
Böyük dördlük – Pricewaterhouse Coopers, KPMG, Ernst & Young və Deloitte Londonda vergi, listing, menecment və IT sahələrində İslam Maliyyəsinə dair profesional xidmətlər göstərən xüsusi komandalar yaradıb.
Böyük Britaniya digər dövlətlərdən fərqli olaraq İslam Maliyyə İnstitutlarının daha da rahat fəaliyyətini təmin etmək üçün müəyyən reformlar həyata keçirib. Bunlara 2003 – cü ildə İslam ipotekasına qarşı ikiqat vergiqoymanın (double taxation) aradan qaldırlmasını və Sukuklara görə ödənilən məbləğlərin faiz ödənişləri kimi mənfəətdən çıxıla bilən xərclər sırasına (tax deductible) daxil edilməsini misal göstərmək olar.
Böyük Britaniyada İslam Maliyyəsi xidmətləri göstərən bankların siyahısı1
|
|
Dostları ilə paylaş: |