Azərbaycanda İslam Maliyyə İnstitutlarının perspektivlərini İslam Ölkələrində İslam Maliyyə İnstitutlarının fəaliyyəti paraqrafı çərçivəsində də müzakirə etmək olardı. Lakin, Azərbaycanın ayrıca bir paraqrafda və daha geniş formatda müzakirə edilməsi daha doğrudur, baxmayaraq ki, bazarın zəif inkişafı səbəbindən müzakirə ediləcək məqamlar o qədər də çox deyil.
Bu paraqrafda ilk öncə Azərbaycanda göstərilən İslam Maliyyə xidmətləri və bu xidmətləri bazara təklif edən qurumlar haqqında məlumat veriləcək. Sonra Azərbaycanda bu sahənin qarşısında duran əsas maneələr sadalanacaq və sahənin tətbiqi və inkişafı ilə bağlı təkliflər irəli sürüləcək. Sonda isə İslam Banklarının fəaliyyətindən və İslam Maliyyə Xidmətlərindən Azərbaycanın əldə edə biləcəyi faydalar müzakirə ediləcək.