3.1 Bazarın Ümumi Mənzərəsi
Hal-hazırda Azərbaycanda Beynəlxalq Bank, Əmrah Bank, Nikoil Bank müəyyən səviyyədə İslam Maliyyə Xidmətləri göstərməyə maraq göstərir və bu məqsədlə müəyyən işlər görüblər.
Azərbaycanda ilk İslam Bankı olan Kövsər Bank nizamnamə kapitalına qoyulan minimal tələbi yerinə yetirə bilmədiyi üçün lisenziyası Mərkəzi Bank tərəfindən geri alınmışdır.
Azərbaycan Beynəlxalq Bankı isə ayrıca İslam Bankı bölməsi (departamenti) təsis edib və bu struktur 2013 – ci ildən fəaliyyətə başlayıb.
Əmrah Bankın səhmlərinin 49%-i Bəhreynin Beynəlxalq İnvestisiya Bankı tərəfindən alınıb və bu bankın İslam Maliyyə Xidmətləri göstərməsi ilə əlaqəli araşdırmalar davam etdirilir.
Nikoil Bank Azərbaycanda faizsiz depozitlər qəbul edərək Halal Banking xidməti göstərir və bu sahənin ilk pionerlərindəndir. Bu depozitlər də yalnız valyuta bazarlarında istifadə olunur. Həmçinin artıq Azərbaycanda şəriətə müvafiq ilk investisiya şirkəti (Caspian İnternational İnvestment Company) və ilk lizinq şirkəti (Ansar Lizing) fəaliyyət göstərir.
Dostları ilə paylaş: |