Ağayev Samir


Xəzər Beynəlxalq İnvestisiya Şirkəti



Yüklə 1,34 Mb.
səhifə130/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   126   127   128   129   130   131   132   133   ...   162
3.3 Xəzər Beynəlxalq İnvestisiya Şirkəti
Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (XBİŞ) 2008-ci ilin mart ayında Azərbaycan İnvestisiya Şirkəti və Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası tərəfindən təsis edilmişdir. Hazırda, XBİŞ-in nizamnamə kapitalı 2.954.200 manat təşkil edir. Nizamnamə kapitalının 75 faizini təşkil edən səhmlər Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyasına, 25 faizini təşkil edən səhmlər isə Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. XBİŞ-in nizamnamə kapitalının miqdarını gələcəkdə 70 milyon ABŞ dolları məbləğinə çatdırılması nəzərdə tutulmuşdur.

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr (spirtli içkilərin, donuz əti məhsullarının istehsalı və s.), habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta şirkətləri istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq hüququna malikdir. İnvestisiya obyektlərinin seçilməsi meyarları:



  1. Layihənin kommersiya səmərəliliyi

  2. İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı və əsasən ixracyönümlü və ya idxalı əvəz edən olması

  3. Mühasibatlığın Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılması və ya aparmaq vəzifəsinin öhdəsinə götürməsi

  4. Maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması

İnvestisiya proseduru:

  1. İnvestisiya qoyuluşu barədə təklifin Şirkətə təqdim edilməsi və ya Şirkətin təşəbbüsü

  2. İnvestisiya qoyuluşunun qiymətləndirilməsi

  3. İnvestisiya komitəsi tərəfindən investisiya qoyuluşu haqqında qərarın qəbul edilməsi

  4. İnvestisiya qoyuluşu haqqında müqavilənin imzalanması və onunla XBİŞ-in hər hansı bir investisiya obyektinin kapitalında səhm əldə etməklə payçı olması

  5. İnvestisiya obyektinin fəaliyyətində Şirkətin iştirakı və monitorinq

  6. Şirkət nümayəndələrinin investisiya obyektinin idarəetmə orqanlarında, Təftiş Komissiyasında iştirakı

  7. Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatların və sorğu əsasında əldə edilmiş məlumatların təhlili

Şirkətin hər hansı bir investisiya obyektinin kapitalında iştirak payı 1 milyon ABŞ dollarından 15 milyon ABŞ dollarına qədərdir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin