Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə15/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   11   12   13   14   15   16   17   18   ...   162
İstishab – hüquqi konsepsiya kimi əksini isbat edərək vəziyyəti dəyişəcək dəlilin olmaması səbəbiylə mövcud hökmü qüvvədə saxlamağı nəzərdə tutur.

Urf – şəriətə zidd olmayan məsələlərdə yerli adət və ənənələri nəzərə alaraq hökmün verilməsidir. Urf özü də istihsan daxilində istifadə oluna bilər, məsələn, alim istihsan üsulu çərçivəsində məhz urfu əsas götürərək ümumi üsul və qaydalardan yayınıb fərqli hökm verə bilər. Göründüyü kimi fiqh üsulları bir – birilə qarşılıqlı olaraq həyata keçirilə bilər. Urfun əsas şərti yuxarıda qeyd edildiyi kimi şəriətə zidd olmamasıdır. Digər vacib şərt isə urfun cari anda praktiki olaraq qüvvədə olmasıdır. Yəni, artıq tətbiq edilməyən və keçmişdə qüvvədə olan urfun istifadəsi icazəli deyil.

Darura – zərurəti ifadə edir. Fiqhin bu üsulu digərlərindən kəskin olaraq fərqlənir. Belə ki, digər fiqh üsullarında şəriətə zidd olmamaq əsas idisə, darurada bu belə deyil. Darura zamanı bütün haramlar müvəqqəti olaraq caiz (icazəli) hökmünü alır. Darurada əsas kriteriya qorxu və həyati təhlükənin olmasıdır. Məsələn, bilirik ki, İslam dinində donuz əti haramdır. Lakin, insan yeməyə donuz ətindən başqa heç nə tapa bilmədiyi zamanda və məkanda (məsələn meşədə azmış insan) acından ölməmək üçün müəyyən qədər bundan yeyə bilər. Bunu aşağıdakı Quran ayəsi dəqiqliklə bildirir.
O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir! (əl – Bəqərə 173)
Və ya başqa bir misala nəzər salaq. Məlumdur ki, İslamda ən böyük günah kufrdur, yəni insanı dindən çıxaran əməl və sözdür. Darura halında (məsələn düşmənə əsirlik halında ölüm təhlükəsi ilə üzbəüz qalan biri üçün) Allah hətta qəlblə təsdiqləməmək şərtilə dillə küfr etməyə icazə verir. Alimlər aşağıdakı Quran ayəsini buna misal gətirirlər.
Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). (ən-Nəhl 106)
Eyni zamanda Muhamməd peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) aşağıdakı hədisi də bu fikri təsdiq edir.
Mənim ümmətim 3 şeyə görə məsuliyyət daşımır: xəta, unutqanlıq və məcburiyyət qarşısında edilən əməl.” (Mənbə: İbn Macah)
Fiqh və onun ayrı – ayrı metodları haqqında daha da geniş məlumat vermək bu kitabın mövzusu və məqsədi xaricindədir, ona görə də yalnız bu informasiyalarla kifayətlənəcəyik.

Kitabın növbəti bölmələrində və paraqraflarında İslam Hüququ anlayışı həmçinin fiqh və ya islam fiqhi terminləri ilə də ifadə ediləcək.

İslam hüququnda bəzi terminlərin izahı da münasib olardı. Bu terminlər aşağıdakılardır:


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin