9 İslam Maliyyə Xidmətləri göstərən institutlar üçün biznesin aparılması üzrə direktiv. 2009
10 İslam Maliyyə Xidmətləri göstərən institutlar üçün şəriət sistemləri üzrə direktivlər. 2009
11 Takafulda ödəmə qabiliyyəti üzrə standart. 2010
12 İslam Maliyyə Xidmətləri göstərən institutlar üçün likvidlik risklərinin idarəedilməsi üzrə direktivlər. 2012
13 İslam Maliyyə Xidmətləri göstərən institutlar üçün yoxlama direktivləri. 2012
Bəzi İslam Maliyyəsi Terminlərinin İzahlı Lüğəti 1 AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions).AAOIFI, 1990 – cı ildə Bəhreyndə təsis edilən, İslam Maliyyə İnstitutları üçün mühasibat uçotu, audit və şəriət standartları və kodekslərini hazırlayan beynəlxalq İslam təşkilatıdır.
2 Amanah. Dilimizdə də bilinən əmanət mənasını bildirir. İslam Bankçılığında cari hesablar zamanı depozit aləti kimi də istifadə edilir. Bu tip depozitlərə görə heç bir ödəniş edilmir.