Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə16/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   12   13   14   15   16   17   18   19   ...   162
    Bu səhifədəki naviqasiya:
  • Halal
Fərz – İslamda yerinə yetirilməsi mütləq qaydada vacib olan əməllərdir. Məsələn, buraya namaz, zəkat, oruc, həcc və s. kimi əməllər aiddir.

Mandub – İslamda yerinə yetirilməsi tələb olunmayan, lakin insanın öz faydası üçün yerinə yetirilməsi ciddi olaraq məsləhət görülən əməllərdir. Buraya, fərz olmayan nafilə namazlar və oruclar, sədəqə və xeyriyyə işləri və s. kimi əməllər aiddir.

Mandub müxtəlif ədəbiyyatlarda Müstəhəb Nafl terminləri ilə də ifadə edilir.



Halal – İslamda icazə verilən və heç bir vəclə qadağan olunmayan bütün əməllərdir.

Haram – İslamda kəskin qadağan olunan əməllərdir. Məsələn, bəzi qidalar və içkilər haramdır, donuz əti və şərab kimi və s. Harama dair digər nümunələrə faiz almaq, qumar oynamaq, əsassız yerə adam öldürmək və s. əməlləri göstərmək olar. Harama əl atan fərdlər üçün şəriətdə müəyyən cəzalar nəzərdə tutula bilər.

Məkruh – haram kimi qəti qadağan olunmasa da, əməl edilməsi bəyənilməyən əməllərdir. Bu zaman şəriət belə əməllərə görə heç bir şəkildə cəza nəzərdə tutmur. Məkruha misal olaraq ayaq üstə su içməyi və yemək yeməyi misal göstərmək olar.

Yekun
Xülasə, İslamda bütün qanunlar Quran və Sünnə üzərində qurulub, bütün qərarlar və hökmlər də Quran və Sünnəyə əsaslanmalıdır. Bunlardan başqa, müəyyən hallarda yüksək səviyyəli alimlər fiqhin üsullarına əsaslanaraq hökmlər verə bilərlər. Eləcə də İslam İqtisadiyyatı və İslam Maliyyə Sistemi də bu təməl qaydalara əsaslanmalıdır, xüsusilə də Quran və Sünnə üzərində inşa olunmalıdır.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin