2.5 Allah bütün var – dövlətin mütləq sahibidir İslam İqtisadi Modelinin əsas prinsiplərindən biri də odur ki, Allah bütün var dövlətin sahibidir. Allahın bütün var – dövlətin mütləq sahibi olması haqqında Quranda aşağıdakı ayələrdə açıq şəkildə bildirilir.
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur.( əl-Bəqərə 284)
Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.( Taha 6)
(Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?”
(Ya Rəsulum!)De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! (Ali İmran, 26 ) Lakin Allah var – dövlətin mütləq sahibi olsa da insanlara mülkiyyət hüququ verib. Daha da doğrusu, Quranın üslubu ilə ifadə etsək, mülkiyyət insana əmanət əsasında verilir. Bu barədə aşağıdakı Quran ayəsini dəlil göstərə bilərik.