(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!(əl – Hədid 7)
2.6 İslamda fərdlər öhdəliklərinə məsuliyyətlə yanaşmalıdırlar İslam İqtisadi Modelində ayrı – ayrı fərdlərin öz öhdəliklərinə, eləcə də ticarətlə bağlı müqavilə öhdəliklərinə ciddi əməl etmələri əmr edilir. Aşağıdakı Quran ayəsi bunu açıq şəkildə ifadə edir.
Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)(əl – İsra 34) Eləcə də ədalət və düzgünlük ciddi şəkildə tələb olunur. Aşağıdakı Quran ayələri buna açıq – aydın sübutdur.
Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!(əl-İsra 35)
Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın! Düz tərəzi ilə çəkin!
İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin! (əş-Şuəra 181 - 183)