Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə33/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   29   30   31   32   33   34   35   36   ...   162
3.6 Faizin Fiqhi İzahı
Beləliklə biz artıq faizin iqtisadiyyatda rolu, zərərləri, o cümlədən faiz qadağalarına dair xristian və yahudi mənbələri haqqında məlumatlandıq. İndi isə faizin, yəni sələmin İslam dinində fiqh prizmasından izahına keçmək olar.

Sələm özlüyündə Ribanın bir növüdür. Riba sələmə nisbətdə daha böyük bir anlayışdır. Riba lüğəti mənada qeyri-ticari əsaslı artım, genişlənmə mənasını verir. Ribanın Riba ən NasiaRiba əl Fadl növləri fərqləndirilir. Riba ən Nasia verilən borca görə əlavə ödənişlərin tələb edilməsi ilə üzə çıxır. Yəni, bildiyimiz tipik sələmçilik buna bariz nümunədir. Bu tip riba İslamdan əvvəl də ərəblər arasında yayıldığı üçün sonradan riba əl cahiliyyə, yəni cahiliyyət dövrünün ribası adlandırılıb.1 Riba əl Fadl isə ticarət münasibətləri zamanı meydana çıxır. Məsələn, satıcının (əsasən kredit satışı zamanı, yəni malın hissəli ödənişlə satılması) alıcıdan malın əvvəlcədən razılaşdırılmış satış qiymətindən kənar hər hansı bir formada əlavə ödənişlər tələb etməsi riba əl fadldır.2 Ümumiyyətlə hər hansı bir şəkildə borcun həcminin artırılması ribadır və İslama görə haramdır. Muhamməd peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) hədisində açıq şəkildə ifadə edir ki, borcda hər hansı bir artım, fayda ribadır. (Mənbə: Əl – Syuti, Əl – Came əl – Sağir)



Yekun
Məlum oldu ki, səmavi dinlər arasında tək İslam yox, o cümlədən Xristianlıq da faizi qadağan edir. Həmçinin, məlum oldu ki, faizin indiki zamanda iqtisadiyyatın idarəedilməsində müəyyən tənzimləmə aləti kimi rolu olsa da, sosial – iqtisadi prizmadan ciddi hesab oluna biləcək zərərləri var, hansı ki bu özünü 2008 – ci ildən başlayan qlobal maliyyə böhranı zamanı daha qabarıq göstərib.


  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin