4.1 Zəkatın İslamda yeri Zəkat İslam dininin beş təməl pilləsindən (kəlmeyi şahədət, namaz, zəkat, oruc və həcc ziyarəti) biridir. Zəkat müsəlmanın malı ilə edilən ibadət növüdür. Zəkat Quranda çox ayələrdə əmr olunur. Zəkatın digər əmrlərdən fərqləndirən əsas cəhətlərdən biri də onun Quran ayələrində namazla birlikdə əmr olunmasıdır. Zəkat Quranda 80 dəfə müxtəlif surələrdə və ayələrdə zikr olunur. Zəkatla bağlı bir neçə Quran ayəsinə nəzər yetirək.
Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun! (ən – Nur 56)