4.3 Heyvanların Zəkatı
Şəriətə görə Dəvə, İnək və Qoyundan da zəkat çıxarılmalıdır. Lakin burada əsas şərt ondan ibarətdir ki, hər heyvandan zəkat öz növünə görə çıxarılır. Yəni, bu heyvanlara görə pul ifadəsində zəkat çıxarıla bilməz. Məsələn, qoyuna görə qoyun şəklində zəkat çıxarılır. İndi bu heyvanların nisabına və zəkat dərəcəsinə nəzər salaq.
Dəvə üçün ilkin nisab həddi 5 – dir. Beşdən aşağı dəvəsi olana zəkat ödəmək düşmür. Dəvələrin zəkat tutulan sayları və zəkat dərəcələri aşağıdakı kimidir.
● Sayı 5 – lə 24 arasında dəvə üçün hər 5 dəvəyə görə 1 qoyun zəkat verilir. Məsələn, bu qaydaya görə 10 dəvəsi olan zəkat olaraq 2 qoyun verir.
● Sayı 25 – lə 35 arasında olan dəvə üçün 1 yaşı tamamlanmış 1 ədəd dişi dəvə zəkat olaraq verilir.
● Sayı 36 ilə 45 arasında olan dəvə üçün 2 yaşı tamamlanmış 1 ədəd dişi dəvə zəkat olaraq verilir.
● Sayı 46 ilə 60 arasında olan dəvə üçün 3 yaşı tamamlanmış 1 ədəd dişi dəvə zəkat olaraq verilir.
● Sayı 61 ilə 75 arasında olan dəvə üçün 4 yaşı tamamlanmış 1 ədəd erkək dəvə zəkat olaraq verilir.
● Sayı 76 ilə 90 arasında olan dəvə üçün 2 yaşı tamamlanmış 2 ədəd dişi dəvə zəkat olaraq verilir.
● Sayı 91 ilə 120 arasında olan dəvə üçün 3 yaşı tamamlanmış 2 ədəd dişi dəvə zəkat olaraq verilir.
● Dəvələrin sayı 120 – dən çox olduqda isə artan hər 40 dəvəyə görə 1 ədəd 2 yaşı tamamlanmış dişi dəvə əlavə olunur. Artan hər 50 dəvəyə görə isə 1 ədəd 3 yaşı tamamlanmış dişi dəvə verilir.
Dəvələrin zəkatı ilə əlaqəli daha da detallı məlumatlar fiqh kitablarında mövcuddur. Bununla bağlı hədis isə Buxarinin hədis kitabında qeyd olunub.
İnəklərin zəkatı isə aşağıdakı kimidir:
● Sayı 30 – la 39 arasında olan inək üçün 1 yaşı tamamlanmış 1 ədəd inək (dişi və ya erkək olmasının fərqi yoxdur) zəkat olaraq verilir. Sayı 30 – dan az olan inək üçün zəkat ödənilmir.
● Sayı 40 – la 59 arasında olan inək üçün 2 yaşı tamamlanmış 1 ədəd dişi inək zəkat olaraq verilir.
● Sayı 60 – la 69 arasında olan inək üçün 1 yaşı tamamlanmış 2 ədəd dana zəkat olaraq verilir.
● Sayı 70 – lə 79 arasında olan inək üçün 1 yaşı tamamlanmış 1 ədəd inək və 2 yaşı tamamlanmış 1 ədəd inək zəkat olaraq verilir.
● Sayı 80 – lə 89 arasında olan inək üçün 2 yaşı tamamlanmış 2 ədəd dana zəkat olaraq verilir.
● Sayı 90 – la 99 arasında olan inək üçün 1 yaşı tamamlanmış 3 ədəd dana zəkat olaraq verilir.
● Sayı 100 – dən çox olan inək üçün 2 yaşı tamamlanmış 1 ədəd inək və 1 yaşı tamamlanmış 2 ədəd inək zəkat olaraq verilir.
Qoyunun nisabı 40 – dan başlayır. Sayı 40 – dan az olan qoyun üçün zəkat ödənilmir.
● 40 ilə 120 arasında olan qoyun sayına görə 1 qoyun zəkat olaraq verilir.
● 121 – lə 200 arasında qoyun sayına görə 2 qoyun zəkat olaraq verilir.
● 201 – lə 300 arasında qoyun sayına görə 3 qoyun zəkat olaraq verilir.
● 301 – dən yuxarı qoyun sayına görə hər 100 qoyuna 1 qoyun zəkat olaraq verilir.
İnəyin və Qoyunun zəkatı haqqında dəlillər Səhih Sunən Abu Davud və Buxarinin hədis kitablarında mövcuddur.
Dostları ilə paylaş: |