Ağayev Samir


Zəkatın vergilərlə oxşar və fərqli cəhətləri



Yüklə 1,34 Mb.
səhifə42/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   38   39   40   41   42   43   44   45   ...   162
4.7 Zəkatın vergilərlə oxşar və fərqli cəhətləri
İslam dinində vergiyə yanaşma fərqlidir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, İslam İqtisadi Modeli vergilərin azlığı və spesifikliyi ilə fərqlənir. İslamda gəlir vergisi anlayışı yoxdur. İslam əsasən sərvətdən vergi tutur, əgər zəkatı vergi kimi qəbul edərsək. Eyni zamanda İslam İqtisadi Modelində əlavə dəyər və ya satış vergisi kimi dolayı vergilər də nəzərdə tutulmur.

Zəkat müəyyən məqamlarda vergiyə çox bənzəyir, məsələn, fərdlərdən yığılması və dövlət xəzinədarlığı vasitəsilə paylanılması kimi məqamlarda. Muhamməd peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) və xəlifələrin zamanında da zəkat xüsusi məmurlar vasitəsilə yığılır və beytul mal adlanan dövlət xəzinədarlığı vasitəsilə ehtiyacı olanlara paylanılırdı, yəni bu işlə bilavasitə dövlət məşğul olurdu, vergilərdə olduğu kimi. Bununla belə, zəkatı vergilərdən fərqləndirən köklü məqamlar var. Bu məqamları aşağıdakı kimi təsvir etmək olar:


1 Vergi vətəndaşlıq öhdəliyidir, zəkat isə müsəlmanların Allah qarşısında qulluq öhdəliyidir və mal ilə edilən ibadətdir.

2 Vergi dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçündür, zəkat isə yalnız müsəlmanlara vacibdir.

3 Zəkat dərəcələri şəriət tərəfindən müəyyən olunub, bütün zamanlar və məkanlar üçün dəyişilməzdir. Vergi dərəcələri və qanunları isə dəyişdirilə bilər.

4 Zəkatdan yığılanlar Quranda müəyyənləşdirilən 8 qrup üçün nəzərdə tutulub, vergilərdə isə bu belə deyil.

5 Zəkat yalnız yığılan sərvətdən ödənilir, vergilər isə hətta Əlavə Dəyər Vergisi kimi dolayı yollardan da ödənilə bilər.

6 Zəkat mütləq nisab həddinə çatdıqda ödənilə bilər, vergilərdə isə bu belə deyil.


Yekun

Məlum oldu ki, Zəkat İslamın 5 əsas şərtindən biridir və vergi kimi qəbul edilib – edilməməsindən asılı olmayaraq əsas funksiyası iqtisadiyyatda sərvətin yenidən bölgüsüdür. İqtisadi və biznes münasibətlərinin inkişaf etdiyi müasir zamanda isə zəkatın yeni bir forması – korporativ zəkat yanaşması getdikcə genişlənir. Həmçinin, korporativ zəkat bu kitabın mövzusunun vacib hissələrindən biri olan İslam Banklarının fəaliyyətində mütləq nəzərə alınan bir reallığa da çevrilib.





Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin