Ağayev Samir


II BÖLMƏ. İslam Maliyyə Sistemi:İslam Maliyyə İnstitutları və İslam Maliyyə Məhsulları



Yüklə 1,34 Mb.
səhifə43/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   39   40   41   42   43   44   45   46   ...   162
II BÖLMƏ. İslam Maliyyə Sistemi:İslam Maliyyə İnstitutları və İslam Maliyyə Məhsulları

Fəsil 2. İslam Maliyyə Sistemi
1 İslam Maliyyə Sistemində Beynəlxalq Təşkilatlar
Təqdimat
Son zamanlar məlum resessiyalar və ənənəvi maliyyə sisteminin böyük zədələr görməsi və İslam Maliyyə İnstitutlarının surpriz inkişafı fonunda İslam Maliyyə Sisteminin aktuallığı daha da artıb. Qeyd etmək lazımdır ki, bəzən İslam İqtisadiyyatı, İslam Maliyyəsi və İslam Bankçılığı ifadələri bir – birilə qarşılıqlı şəkildə işlədilir və nəticə etibarilə eyni mənada təqdim edilir.

Qərbi avropada və Amerika Birləşmiş Ştatlarında isə Islamic Finance, yəni İslam Maliyyəsi ifadəsi daha çox işlədilir. İslam Maliyyəsi dedikdə bütün İslam Maliyyə İnstitutları və İslam Maliyyə Sistemi başa düşülür. Bu ifadə yuxarıda da deyildiyi kimi, bəzən İslam iqtisadiyyatı termininin əvəzinə də işlənir. Daha düzgün ifadə isə İslam Maliyyə Sistemi olardı, xüsusilə qlobal və institutsional konteksdə yanaşıldıqda. Həmçinin qeyd etmək lazımdır ki, İslam Bankçılığı anlayışı bəzən faizsiz bankçılıq anlayışına qədər kiçildildiyi kimi, İslam Maliyyəsi anlayışı da bəzən həddən artıq daraldılaraq yalnız İslam Bankları üçün istifadə olunur. Lakin İslam Maliyyəsi (və ya İslam Maliyyə Sistemi) daha geniş bir konsepsiyadır.

Bu paraqrafın ilk hissəsində İslam Maliyyə Sistemi dedikdə nələrin nəzərdə tutulduğu aydınlaşdırılacaq. Növbəti hissələrdə isə müasir İslam Maliyyə Sistemində mərkəzi fiqurlar hesab edilən İslam İnkişaf Bankı, Özəl Sektorun inkişafı üzrə İslam Korporasiyası, İslam Maliyyə İnstitutları üçün mühasibatlıq, audit standartlarını və dgər direktivləri hazırlayan AAOIFI və IFSB haqqında ayrıca məlumat veriləcək. Sonda isə qlobal miqyasda İslam Maliyyə İnstitutları ilə bağlı bir neçə statistik göstərici paylaşılacaq.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin